Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Kəskin ürək çatmamazlığının əsas klinki əlamətləri



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə28/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   24   25   26   27   28   29   30   31   ...   108
Mövzu 1 1

     Kəskin ürək çatmamazlığının əsas klinki əlamətləri: 

 



Kardiogen şok 

  Kardial astma 



 

Ağ ciyərlərin alveollar ödemidir 



Ağ ciyərlərin interstisial ödemi özünü ürək astması əlamətləri ilə büruzə verir: hava 

çatmamazlığı, havasızlıqdan boğulma,narahatlıq və sifətdə ölüm qorxusu.  



     Ağ ciyər ödemi-bir çox xəstəliklərin gedişini ağırlaşdırır. Kardiogen və qeyri- kardiogen 

ağciyər ödemləri ayırd edilir.  

 

Kardiogen ağ ciyər ödemi-ürək-damar xəstəlikləri (kəskin miokard infarktı, 



dekompensasiya olunmuş mitral stenoz, hipertenziv sindrom, aorta qövsünün qüsurları və 

s.) zamanı baş verir.  

  Qeyri-kardiogen ağ ciyər ödemi-MSS xəstəlikləri (baş beynin travma və ya ödemi 



tənəffüs xəstəlikləri (aspirasion pnevmonit, krupoz pnevmoniya, respirator distress-

sindrom), böyrəklərin kəskin və xroniki xəstəlikləri zamanı baş verir.  

 

     Patogenezi: ağciyər ödemi qan dövranında təzyiqin kəskin artması nəticəsində inkişaf edir. 

Həmçinin kapilyarların keçiriciliyinin pozulması nəticəsində qanın maye hissəsi damarlardan 

intersistial boşluğa keçir. Tənəffüs zamanı transsudat hava ilə qarışır və qatı zülallarla zəngin 

köpük əmələ gəlir ki, bu da alveol və bronxların mənfəzini dolduraraq O2-nin alveolların 

divarına çatmasını çətinləşdirir. Nəticədə qazların diffuziyası azalır, bronxial müqavimət artır, 

toxuma hipoksiyası, tənəffüs çatmazlığı baş verir.  

 

     Klinika: təngənəfəslik (1dəq-də 35-40) və boğulma nəticəsində xəstə məcburi oturaq 

vəziyyətində olur. Tənəffüs fitverici olub, ağ rəngli bəlğəmlə müşaiyət olunur. 1-2 saat ərzində 

2-3 l bəlğəm xaric ola bilər. Auskultasiyada krepitasiyaedici xırda və orta həcmli xırıltılar 

eşidilir. Perkussiyada qutu səsi müşahidə olunur.  



     Müalicə: İldırımvari formada 10-15 dəq ərzində xəstə tələf ola bilər. Xəstəyə oturaq vəziyyət 

verilir, ayaqları aşağı sallanır. Emossional steresi aradan qaldırmaq üçün narkotik analgetiklər 

(morfin vena daxilinə 5 mq, promedol, fentanil vena daxilinə 0,1-0,2 mq), trankvilizatorlar 

(diazepam vena daxilinə 5-10 mq), neyropelptiklər (droperidol vena daxilinə 2,5-5 mq) təyin 

edilir.  



Kiçik qan dövranında təzyiqi azaltmaq üçün dövr edən qanın həcmini azaltmaq, ürəyin sağ 

şöbəsinə gələn venoz cərəyanı azaltmaq lazımdır. Bu məqsədlə furosemid 20-40 mq (sutkalıq 

doza 300-500 mq) və ya etakrin turşusu 50 mq vena daxilinə təyin edilir. 30-40 dəqiqədən sonra 

diuretik effekt əldə olunur. Qanqlioblokatorlar kapilyarların mənfəzini genişləndirərək sistolik 

arterial təzyiqin enməsinə, ürəyin işinin azalmasına, mərkəzi venoz təzyiqin aşağı enməsinə 

səbəb olur.  

Qanqlioblokatorlardan pentamin 0,2-0,5 ml 5%, 20 ml 5% qlükozada həll edilib vena daxilinə 

vurulur. Bu məqsədlə son zamanlar periferik vazodilatorlar istifadə olunur.  

Nitroqliserin izotonik məhlulda 10 dəfə həll edilir və 220-440 mkq/dəq vena daxilinə yeridilir. 

Na nitroprussid 0.3 mkq/kq/dəq vurulur. Hər 5-10 dəq- dən bir sürət artırılır. Maksimal sürət 8 

mkq/kq/dəq-dən çox olmamalıdır. Ümumi periferik müqaviməti azaltmaq eufillin 5-10 ml 2.4% 

məhlulu 10-20 ml izotonik məhlulda həll edilir vena daxilinə yeridilir.  

Miokardın yığılma funksiyasını stimullaşdırmaq üçün strofantin (0,25 mq 10 ml 20% qlükozada 

həll edilib vena daxilinə 4-6 dəqiqə ərzində ehtiyatla vurulur), korqlükon (0,5-1 ml 0,06% 

məhlulu 10 ml 40% qlükozada həll edilib 5-6 dəqiqə ərzində ehtiyatla vurulur) təyin edilir. 

Həmçinin bu məqsədlə adrenostimulyatorlardan izadrin (5% qlükozada həll edilib 0,5-3 mkq/dəq 

vena daxilinə damcı üsulu ilə), dofamin (vena daxilinə 1-5 mkq/dəq) təyin edilir.  

Kortikosteriodlər miokarda inotrop təsir göstərir, alveol-kapilyar membranının keçiriciliyini 

azaldır, arterial təzyiqi stabilləşdirir. (arterial təzyiqi aşağı olduqda). Xəstələrin gedişindən və 

arterial təzyiqin səviyyəsindən asılı olaraq 50-150 mq prednizalon təyin edilir.  

Xəstədə tənəfüsün dekompensasiyası zamanı intubasiya və ASV aparılır. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin