Kəskin ürək çatmamazlığının əsas klinki əlamətləri:
Kardiogen şok
Kardial astma
Ağ ciyərlərin alveollar ödemidir
Ağ ciyərlərin interstisial ödemi özünü ürək astması əlamətləri ilə büruzə verir: hava
çatmamazlığı, havasızlıqdan boğulma,narahatlıq və sifətdə ölüm qorxusu.
Ağ ciyər ödemi-bir çox xəstəliklərin gedişini ağırlaşdırır. Kardiogen və qeyri- kardiogen
ağciyər ödemləri ayırd edilir.
Kardiogen ağ ciyər ödemi-ürək-damar xəstəlikləri (kəskin miokard infarktı,
dekompensasiya olunmuş mitral stenoz, hipertenziv sindrom, aorta qövsünün qüsurları və
s.) zamanı baş verir.
Qeyri-kardiogen ağ ciyər ödemi-MSS xəstəlikləri (baş beynin travma və ya ödemi
tənəffüs xəstəlikləri (aspirasion pnevmonit, krupoz pnevmoniya, respirator distress-
sindrom), böyrəklərin kəskin və xroniki xəstəlikləri zamanı baş verir.
Patogenezi: ağciyər ödemi qan dövranında təzyiqin kəskin artması nəticəsində inkişaf edir.
Həmçinin kapilyarların keçiriciliyinin pozulması nəticəsində qanın maye hissəsi damarlardan
intersistial boşluğa keçir. Tənəffüs zamanı transsudat hava ilə qarışır və qatı zülallarla zəngin
köpük əmələ gəlir ki, bu da alveol və bronxların mənfəzini dolduraraq O2-nin alveolların
divarına çatmasını çətinləşdirir. Nəticədə qazların diffuziyası azalır, bronxial müqavimət artır,
toxuma hipoksiyası, tənəffüs çatmazlığı baş verir.
Klinika: təngənəfəslik (1dəq-də 35-40) və boğulma nəticəsində xəstə məcburi oturaq
vəziyyətində olur. Tənəffüs fitverici olub, ağ rəngli bəlğəmlə müşaiyət olunur. 1-2 saat ərzində
2-3 l bəlğəm xaric ola bilər. Auskultasiyada krepitasiyaedici xırda və orta həcmli xırıltılar
eşidilir. Perkussiyada qutu səsi müşahidə olunur.
Müalicə: İldırımvari formada 10-15 dəq ərzində xəstə tələf ola bilər. Xəstəyə oturaq vəziyyət
verilir, ayaqları aşağı sallanır. Emossional steresi aradan qaldırmaq üçün narkotik analgetiklər
(morfin vena daxilinə 5 mq, promedol, fentanil vena daxilinə 0,1-0,2 mq), trankvilizatorlar
(diazepam vena daxilinə 5-10 mq), neyropelptiklər (droperidol vena daxilinə 2,5-5 mq) təyin
edilir.
Kiçik qan dövranında təzyiqi azaltmaq üçün dövr edən qanın həcmini azaltmaq, ürəyin sağ
şöbəsinə gələn venoz cərəyanı azaltmaq lazımdır. Bu məqsədlə furosemid 20-40 mq (sutkalıq
doza 300-500 mq) və ya etakrin turşusu 50 mq vena daxilinə təyin edilir. 30-40 dəqiqədən sonra
diuretik effekt əldə olunur. Qanqlioblokatorlar kapilyarların mənfəzini genişləndirərək sistolik
arterial təzyiqin enməsinə, ürəyin işinin azalmasına, mərkəzi venoz təzyiqin aşağı enməsinə
səbəb olur.
Qanqlioblokatorlardan pentamin 0,2-0,5 ml 5%, 20 ml 5% qlükozada həll edilib vena daxilinə
vurulur. Bu məqsədlə son zamanlar periferik vazodilatorlar istifadə olunur.
Nitroqliserin izotonik məhlulda 10 dəfə həll edilir və 220-440 mkq/dəq vena daxilinə yeridilir.
Na nitroprussid 0.3 mkq/kq/dəq vurulur. Hər 5-10 dəq- dən bir sürət artırılır. Maksimal sürət 8
mkq/kq/dəq-dən çox olmamalıdır. Ümumi periferik müqaviməti azaltmaq eufillin 5-10 ml 2.4%
məhlulu 10-20 ml izotonik məhlulda həll edilir vena daxilinə yeridilir.
Miokardın yığılma funksiyasını stimullaşdırmaq üçün strofantin (0,25 mq 10 ml 20% qlükozada
həll edilib vena daxilinə 4-6 dəqiqə ərzində ehtiyatla vurulur), korqlükon (0,5-1 ml 0,06%
məhlulu 10 ml 40% qlükozada həll edilib 5-6 dəqiqə ərzində ehtiyatla vurulur) təyin edilir.
Həmçinin bu məqsədlə adrenostimulyatorlardan izadrin (5% qlükozada həll edilib 0,5-3 mkq/dəq
vena daxilinə damcı üsulu ilə), dofamin (vena daxilinə 1-5 mkq/dəq) təyin edilir.
Kortikosteriodlər miokarda inotrop təsir göstərir, alveol-kapilyar membranının keçiriciliyini
azaldır, arterial təzyiqi stabilləşdirir. (arterial təzyiqi aşağı olduqda). Xəstələrin gedişindən və
arterial təzyiqin səviyyəsindən asılı olaraq 50-150 mq prednizalon təyin edilir.
Xəstədə tənəfüsün dekompensasiyası zamanı intubasiya və ASV aparılır.
Dostları ilə paylaş: |