DONMALAR
Donma – 0
0
-dən aşağı hərarətin bədənin hər hansı bir hissəsinə uzun müddət təsir etməsi
nəticəsində baş verən zədələnmədir. Havanın hərarəti nə qədər aşağı olarsa, küləyin hərəkəti
nəqədər qüvvəli, şiddətli olarsa, bədən bir o qədər tez və dirin dona bilər. Donma 2 cür olur;
ümumi və yerli.
Ümumi donma aşağı hərarətin bədənə uzun müddət təsir göstərməsi nəticəsində qan dövranı
tədricən dayanır, beyində anemiya başlayır, orqanizmin bütün toxumalarında dərin dəyişikliklər
əmələ gəlir, ürək və tənəffüs fəaliyyəti dayanır, xəstə dərin yuxuya gedir və ölüm baş verir. Sülh
vaxtı – gəmilərin batması, alpinistlərlə bədbəxt hadisələr baş verdikdə, alkoqol sərxoşluğunda,
huşun itirilməsində baş verə bilər. Müharibələr zamanı isə yaralılar məruz qalır.
Simptomları – soyuqdəymə, titrətmə olur, dəri örtüyü ağarır, elastikliyini itirir, quru olur, «qaz
ətinə» oxşayır. Bədənin t-ru 35 dərəcə olduqda sifət avazıyır, sianoz olur, oynaqlarda, cinsiyyət
orqanlarında ağrılar başlayır, sidik ifrazı ağrılı olur, miqdarı çox olur, əhvalı pisləşir, apatiya
olur, hərəkətlərin koordinasiyası pozulur, görmə pisləşir, yorğunluq, yuxululuq əmələ gəlir.
Dostları ilə paylaş: |