Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti beynəlхalq magistratura məRKƏZI


FƏSİL III.TORPAQ  RESURSLARININ  QİYMƏTLƏNDİRİLMƏSİNİN



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#37232
1   ...   14   15   16   17   18   19   20   21   22
qiymətləndirmə unes

FƏSİL III.TORPAQ  RESURSLARININ  QİYMƏTLƏNDİRİLMƏSİNİN 

TƏKMİLLƏŞDİRİLMƏSİ  İSTİQAMƏTLƏRİ 

 

3.1.  Torpaq  resurslarının  qiymətləndirilməsi  problemlərinin  aradan 

qaldırılması və beynəlxalq standartlara uyğunlaşdırılması 

 

  Ölkəmizdə  torpaq  ehtiyatlarının  normativ  dəyər  səviyyəsinin    müəyyən 

olunması    torpaq  kadastrı  üzrə  informasiyalar  əsasında  hesablanır.Bu  zaman 

Respublikanın  hər  bir  rayonu  üzrə    müəyyən  olunmuş  differensial  rentaya  görə 

hesablama  aparılır.  Qüvvədə  olan  Əsasnaməyə  görə,  torpaq  ehtiyatları  alınıb-

satıldıqda,yaxud 

da 

girov 


qoyulduqda, 

vərəsəlik 

əsasında 

irsən 


verildikdə,ümumiyyətlə  torpaq  ehtiyatu  barəsində  sair  əqdlər  bağlandıqda  torpaq 

sahəsinin    bazar  dəyəri  tələb  və  təklifdən  asılı  olaraq  ,ancaq  torpağın  normativ 

dəyərindən az olmamaq şərti ilə müəyyən olunur.  

 

Respublikamızda  1996-cı  ildə  Nazirlər  Kabinetinin  145  saylı  qərarı  qəbul 



edilmişdir  ki,bu  qərarla  ölkə    ərazisində  olan  torpaqların  normativ  dəyərləri  təsdiq 

olunmuşdur.Lakin    bir  qədər  sonra    respublika  ərazisində  yenidən  daha  mükəmməl 

kadastr dəyər rayonları və yarımrayonları üzrə torpaq ehtiyatlarının dəyərləndirilməsi 

aparıldı.Bu  zaman  torpaq  ehtiyatlarının  həm  keyfiyət  ,həm  də  kənd  təsərüfatı 

bitkilərinin  məhsuldarlıq  göstəriciləri  diqqətdə  saxlanılmaqla  bütün  təbii  təsərüfat 

sahələri üzrə torpaq ehtiyatlarının yenilənmiş normativ dəyərləri müəyyən edilmişdir. 

Nazirlər  Kabinetinin  bu  qərarına  görə  torpaq  ehtiyatlarının    dəyəri  kadastrı 

informasiyaları,  həmçinin  torpaqların  keyfiyət  və  iqtisadi  dəyərləndirmə 

göstəricilərinə  uyğun  olaraq    19  kadastr  dəyər  rayonu  və  3    yarımrayonu  müəyyən 

olunmuşdur. Bu ərazilərdə dəyərlər keyfiyət qrupları üzrə differensial mənfəətə görə 

müvafiq təshih əmsalları tətbiq olunmadan  müəyənməşdirilir. 

 

Torpaq  ehtiyatları  alınıb-satılan  zaman,  girov  qoyulan  zaman,  irsən  verildiyi 



vaxt, onun haqqında sair əqdlər bağlandıqda  torpaq ehtiyatlarının bazar dəyəri baza 

dəyəri  əsasında,  ancaq  torpaq  ehtiyatunun    normativ  dəyər  səviyyəsindən    az 




 

61 


olmamaq şərtilə müəyyən olunur. 

 

Dövlət mülkiyətində olan müəssisə və obyektlərinin, həmçinin özəlləşdirilmiş 



olan  dövlət  müəssisə  və  obyektlərinin  yerləşmiş  olduğu  torpaq  ehtiyatlarının 

normativ  dəyəri  haqqında  arayışların  verilməsi  və  bu  torpaq  sahələrinin  qeydiyyatı 

Iqtisadiyyat Nazirliyi tərəfindən aparılır. 

 

 Torpaq  ehtiyatlarının  normativ  dəyəri  müəyyən  olunan  zaman  dəyərlərin 



düzgün  müəyyən  olunması  və  əsaslandırılması  əsasən  torpaq  kadastrının  tətbiqi 

dərəcəsindən,  aparılan   dəyərləndirmənin dəqiqlik səviyyəsindən asılıdır. 

Respublikada  qüvvədə  olan  qanunvericiliyə  görə  dövlət  torpaq  kadastrının 

iqtisadi  mahiyyəti    torpaq    ehtiyatları  üzərində  istifadəçiliyin  dövlət  qeydiyyatı, 

torpaq  ehtiyatlarının  həm  kəmiyyətcə,həm    keyfiyətcə  uçotu,  bonitirovkası  ,həm  də 

iqtisadi dəyərləndirilməsi üzrə informasiyaların məcmusu kimi izah edilir.  

Torpaq  ehtiyatlarının  kadastrının  tətbiqi    sahələrdən  istifadəni  daha  da 

yaxşılaşdırmağa      hədəflənmişdir.  Torpaq  kadastrının  tərkibi  kimi    ehtiyatların 

bonitirovkası  rayonların  və  təsərüfatların    torpaq  sahələrini  onların  məhsuldarlığına, 

yəni  sahələrin orta məhsul yığımına uyğun müqayisə aparmağa imkan verir.Torpaq 

ehtiyatlarının kadastrı torpaq sahələrinin münbitliyinin nisbilik səviyyəsini müəyyən 

etməyə  şərait  yaratmaqla  istehsalın  məqsədyönlülüyünü  düzgün  seçməyə,  onun 

yerləşməsini və ixtisaslaşma dərəcəsini aşkarlamağa  imkan verir. 

Torpaq  ehtiyatlarının    bonitirovkasının    əldə  edilmiş  nəticələri  bir sıra  təcrübi 

məsələlərin  həllində  istifadə  edilir.  Bu  kimi  məsələlərə  istehsal  edilən  məhsulların 

istehsalı  və  satışı,mövcud    əkin  sahələrinin  quruluşu  üzrə  perspektiv  proqnozların 

işlənməsi;    rayon  planlaşması  üzrə  yerquruculuğu;  təbiəti  mühafizə  tədbirləri 

sisteminin əsaslandırılması  və sairələr aiddir. 

1. Torpaq  ehtiyatlarının  bonitirovkası  ilə  bir  təsərüfatın  istifadəsində  və  ya 

mülkiyətində  olan    torpaq  sahələrinın  digər  təsərüfatların  torpaq  sahələrındən  nə 

qədər  yaxşı  və  ya  pis  olduğu  müəyyən  olunur.  Bu  isə  ayrı-ayrı  iqtisadi  rayonlar və 

təsərüfatlar  üzrə  torpaq  sahələrinin  məhsuldarlığını  obyektiv  qaydada 

proqnqzlaşdırmağa imkan yaradır. İqtisadi rayonlar və təsərüfatçiliq subyektləri üzrə  



 

62 


məhsulvermə,    meşə  ehtiyatlarının  məhsuldarlığı  səviyyəsi  müəyyən  olunarkən 

torpaqların  keyfiyəti  (ballar  əsasında)  nəzərə  alınmır.Bu  zaman  differensiasiya 

olunmamış proqnozlar verilir; 

2. Ümumiyyətlə  torpaq  ehtiyatlarının  bonitirovkası  aqroistehsal  torpaq 

qruplarına aid edilir. Torpaq ehtiyatlarının aqroistehsal qruplaşması – oxşarlığa yaxın 

xassələrə malik olan, kənd təsərüfatında  bitkilər qrupuna aid olan bir bitki növünə və 

ya ümumilikdə bitkiçilik keyfiyətlərinə malik aqronomik keyfiyətlərinə yaxın torpaq 

konturları birləşdirir; 

3. Torpaq  ehtiyatlarının  bonitirovkası  rayon  balına  nisbətdə  təsərüfatın 

müqayisəsi  dəyər  balı  əmsalının  müəyyən  edilməsinə  imkan  verir.Rayon balı  vahid 

qəbul  edilir.Bura  daxil  olan  bütün  təsərüfatların  balları  isə  ümumrayon  etalonuna 

munasibətdə müəyyən olunur

 Torpaq  ehtiyatlarının  bonitirovkası  olmadan  torpaq  sahəsinin  pul  dəyərini 

müəyyən  etmək  mürəkkəbləşir.  Bu  zaman  dəyərlərin  tərəddüdləri    torpaq 

ehtiyatlarının  bonitetinin  əhəmiyyətini  azaltmır.  Yaxın  gələcəkdə  torpaq 

ehtiyatlarının dəyəri ancaq artan dinamika üzrə dəyişir. Dəyər nisbətinə görə  torpaq 

ehtiyatlarının dəyəri ancaq bonitet şkalası üzrə müəyyən olunur. Bu vəziyyət,  torpaq 

ehtiyatunun  statusunun  dəyişməsi  zamanı  da  saxlanılır.  Yəni    torpaq  ehtiyatları 

özəlləşdiriləndə, satılanda, müxtəlif icarə munasibətləri zamanında  da  bu vəziyyət 

saxlanılacaq. 

4. Torpaq   ehtiyatlarının bonitet balları üzrə tövsiyyələr: 

5. Torpaq 

ehtiyatlarının  bonitirovkası  torpaq-iqlim  göstəriciləri  və  

bioməhsuldarlığına      görə        rayonların  ixtisaslaşmasını  dəqiqləşdirməyə  şərait 

yaradır; 

6. Torpaq  ehtiyatlarının  bonitirovkası  gələcəkdə  kənd  təsərüfatı  məhsulları 

istehsalını  proqnozlaşdırmağa  imkan  verir.  Bunun  üçün  bir  balın  dəyərini  müəyyən 

etmək  lazımdır.  Bir  balın  dəyəri  bir  balın  nə  qədər  məhsula  uyğun  gəldiyini 

göstərir.Bir  balın  nə  qədər  məhsula  uyğun  gəldiyini  tapmaq  üçün  hər  hektardan 

sentnerlə ümumi məhsuldarlığı torpağın balına bölünür; 




 

63 


7. Torpaq  ehtiyatlarının  bioloji  məhsuldarlıq  əmsalı  torpaq  konturları  üzrə 

məhsuldarlıq  dərəcəsini    müəyyən  etməyə  imkan  verir;Məhsuldarlıq  dərəcələri  əla, 

orta    və   pis dərəcələrinə bölünür. 

8. Torpaq  ehtiyatlarının    müqayisəli  dəyərlilik  əmsalı      təsərüfat  subyektinin  

torpaq sahələrinin münbitliyini tənzimləməyə imkan verir

9. Torpaq  ehtiyatlarının  bonitirovkası  istehsal  proqnozlarının  dəqiq  tərtibini, 

təsərüfatların  mənfəətliliyinin  yüksəldilməsini  təmin  edir,  alış  dəyərlərinin  düzgün 

müəyənməşdirilməsinə imkan verir və s. 

10. Kartoqrafik materiallar. 

Torpaq 


ehtiyatlarının 

münbitliyinin 

dəyərləndirilməsini 

aparmaqla 

təsərüfatlarda və təbii-iqtisadi rayonlarda əlavə  məsrəflərdən qaçmaq olar.Bunun da  

iqtisadi əhəmiyyəti  böyükdür. 

Tədqiqatlar  göstərir  ki,  kadastr  dəyərləndirilməsinin    mərhələləri 

aşağıdakılardır: 

-  torpa  ehtiyatunun  məhsuldarlığı,  texnoloji  xassələri  və  yerləşməsi  üzrə 

kadastr dəyərləndirilməsi obyektlərinin inteqral göstəricilərinin müəyyən olunması; 

-  kadastr  dəyərləndirilməsi  obyektlərinin  hesablanan  renta  mənfəətinin  və 

kadastr dəyərinin müəyyən olunması; 

Kadastr dəyərləndirilməsinin əsasını  təşkil edir: 

- torpaqların təsərüfatdaxili dəyərləndirilməsinin nəticələri; 

-  kənd  təssərrüfatına  yararlı  torpaqların  məhsuldarlığının,  onlardan  istifadə 

vəsaitlərinin,  hesablaşma  renta  mənfəətinin  və  rayonlar  səviyyəsində    torpaq 

ehtiyatlarının   kadastr   dəyərləndirilməsi göstəriciləri. 

   


Torpaq  ehtiyatunun  kadastr  dəyərləndirilməsi  üzrə  informasiyalar  qiymət   

rayonları  üzrə  ümumiləşdirilir: 

- torpağın məhsuldarlığı üzrə   bonitet balı;  

- texnoloji xassələr üzrə   torpaq ehtiyatlarının texnoloji xassələri indeksi; 

-  yerləşməsi  yeri  üzrə      maddi-texniki  ehtiyatlarla  təchizat  bazasına  və  aqrar 

məhsulunun satışı məntəqəsinə kimi ekvivalent məsafə . 




 

64 


   

Torpaq  ehtiyatlarının  bonitet  balının  müəyyən  olunması  aşağıdakıları  əhatə 

edir: 

-  statistik  analiz    metodları  ilə  torpaq  ehtiyatunun  məhsuldarlığına    təsir  edən  



xəssələrinin müəyyən olunması; 

- torpaq ehtiyatunun  xassələrinin orta fiziki kəmiyyətlərinin hesablanması; 

-  korrelyasiya-represiya  analizi  əsasında  torpaq ehtiyatunun xassələrinin  fiziki 

kəmiyyətlərinin onların kənd təsərüfatı məhsullarının məhsuldarlığına təsiri ilə nisbi 

kəmiyyətlərə – ballarına uyğun yenidən hesablanması;     

- torpaq ehtiyatlarının  xassələrinin məcmusu üzrə orta balların hesablanması; 

-  orta  ballara  torpaq  ehtiyatlarının  məhsuldarlığına  mənfi  təsir  edən  xassələrə 

duzluluq, erroziya və s. görə düzəlişlər olunmaqla məcmu torpaq ehtiyatunun balının 

hesablanması. 

 

  Torpağın  dəyərləndirilməsinin  birinci  mərhələsi  stratifikasiyadan,  müqayisə 



vahidinin  müəyənməşdirilməsindən  və  bazar  informasiyasının  analizindən  ibarətdir. 

Stratifikasiya  termini  alqı-satqı  sövdələşmələri  üzrə  məlumatların  və  digər  bazar 

informasiyalarının  eynicinsli  qruplar  üzrə  təsnifləşdirildiyini  ifadə  edir.  Torpaq 

dəyərləndirilərkən  bazarın  təsirinə  məruz  qalan  bütün  coğrafi  əraziləri  özündə 

birləşdirməli,  bölgələşdirmə  və  torpaqdan  istifadənin  digər  tənzimləyiciləri  əks 

etdirməlidir.Torpaq  ehtiyatundandan  istifadənin    variantları  arasında  olan  bütün 

mümkün  fərqləri  əks  etdirməlidir.  Bu  qaydada  aparılan  təsnifləşdirmə  meyarları 

torpağı dəyərləndirərkən, oxşar variantlarda istifadə edilən və eyni bir coğrafi ərazidə 

yerləşib,  bir-biri  ilə  rəqabət  aparan  torpaq  ehtiyatlarını  müqayisə  etməyə  imkan 

yaradır.  

 

 

 



 

 

 



 

 

 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin