AZƏrbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 303.89 Kb.
PDF просмотр
səhifə1/3
tarix29.05.2017
ölçüsü303.89 Kb.
  1   2   3

 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 



B U R A X I L I Ş   I Ş I 

 

Mövzu:

 

Мебел тяйинатлы кятан парчаларын кейфиййятинин експертизасы 



 

Işin rəhbəri: dos. Səidov R.Ə. 

Tələbə: Quluyev Nofəl İlham 

Bölmə: azərbaycan  

Qrup:314 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

B A K I   2015 



 

 

 

 

MÜNDƏRICAT  



 

 

GIRIŞ  



 

I. NƏZƏRI HISSƏ 



 

1.1.  Mebel təyinatlı kətan parçaların keyfiyyətinə qoyulan tələblər 

1.2.  Mebel təyinatlı kətan parçaların gigiyenik xassələri 



1.3.  Mebel təyinatlı kətan parçaların xidmət müddətini təyin edən 

xassələr 

1.4.  Mebel təyinatlı kətan parçaların estetik xassələri 



10 

1.5.  Mebel təyinatlı kətan parçaların texnoloji xassələri 

11 

  II. TƏCRÜBƏVI HISSƏ 



 

2.1.  Kətan parçaların xammaterialının ekspertizası 

12 

2.2.  Mebel təyinatlı kətan parçaların istehsal texnologiyasının 



ekspertizası 

21 


 

2.3.  Mebel istehsalına sərf edilən kətan parçaların keyfiyyətinin 

ekspertizası 

33 


 

  NƏTICƏ VƏ TƏKLIFLƏR 

42 

  ƏDƏBIYYAT 

47 

 

 



 

 

GIRIŞ 

 

Kətan ipliyi – xalis vəqarışıq olur. Alınmasına görə quru və yaş, quruluşuna 



görə birsaplı və əyrilmiş olur. 

Kətan  parçalar  1,5-8  №-li  quru  əyrilmiş  kətan  iplikdən,  3-6  №-li  quru 

əyrilmiş kilkə ipliyindən, 5,5-18 №-li yaş əyrilmiş kilkə ipliyindən istehsal olunur. 

Kətan  parçaların  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bunların  çoxu  bərabər 

nömrəli  əriş  və  arğacdan  istehsal  edilir.  Əriş  və  arğacın  sıxlığı  bir-birinə  yaxın 

olur. 


Kətan  ipliyi  kətan  lifindən  istehsal  olunur.  Kətan  lifi  həm  mədəni,  həm  də 

yabanı yolla becərilir. Kimyəvi tərkibinə görə kətan lifi pambıq lifinə çox yaxındır. 

Onun tərkibinin 80-82%-ni sellüloza təşkil edir. 

Kətan quruluşuna görə bir növ pambıqdan əsaslı surətdə dəyişə bilir. Yəni o, 

həm texniki, həm də elementar liflərə ayrılır. Kətan lifi özünün elementar tərkibinə 

görə həm  uzunluğuna,  həm də qalınlığına görə  fərqlənir. Yoğunluğuna  görə kətan 

lifi  pambıq  lifindən  xeyli  qalındır.  Onun  elementar  liflərinin  uzunluğu  10-70  mm 

çatır. Ancaq bitkinin  gövdəsindən alınan  və qırılıb təmizlənmiş kətan  lifi 170-250 

mm uzunluqda olur. 

Kətan lifinin qırılmağa qarşı davamlılığı dedikdə, onun hər lifinin qırılmağa 

davamlılığı 15-20 q-a çata bilir.  

Kətan  ipliyindən  hazırlanan  kətan  parçaların  çeşidi  müxtəlifdir.  Kətan 

parçalar    təyinatı  üzrə  təsnifləşdirilir.  Bura  jakkard  enli  parçalar  qrupu,  jakkard 

karatlı ensiz parçalar,  hamar  və  xolstalı  parçalar, ağ  və  yarımağ ensiz polotno, ağ 

və  yarımağ  enli  polotno,  kostyumluq-paltarlıq  parçalar,  cod,  nazik  polotnolar, 

alabəzək polotno, cod kobud polotno, bortluq parçalar, parusinli parçalar, ikisaplı, 

qablaşdırıcı, kisə parçalar, kisə qrupu daxildir. 


 

BIRINCI FƏSIL. NƏZƏRI HISSƏ 



1.1. MEBEL TƏYINATLI KƏTAN PARÇALARIN  

KEYFIYYƏTINƏ QOYULAN TƏLƏBLƏR 

 

Kətan parçalar aşağıdakı ümumi tələblərə cavab verməlidir: 



1.  funksional; 

2.  erqonomik; 

3.  gigiyenik; 

4.  estetik; 

5.  texnoloji; 

6.  iqtisadi. 

Kətan  parçaların  funksional  tələbi  dedikdə  onların  öz  təyinatına  uyğunluğu 

başa düşülür. Hansı ki, bu tələb verilən tələblər içərisində ən əsasıdır. 

Kətan  parçalara  verilən  erqonomik  tələb  dedikdə  isə  geniş  mənada  başa 

düşülür.  Yəni  bura  aiddir:  gigiyenik  tələb,  antropometrik  tələb,  fizioloji  tələb, 

psixofizioloji tələb və psixoloji tələb. 

Kətan  parça  üçün  gigiyenik  tələb  xüsusi  əhəmiyyət  kəsb  etdiyi  üçün  o, 

ayrılıqda  xarakterizə  olunur.  Yəni  kətan  parçalara  verilən  gigiyenik  tələbdə  parça 

insan orqanizmi üçün zərərsiz və olmalı və onun fəaliyyətinə xələl gətirməməlidir. 

Kətan  parçalara  verilən  etibarlılıq  və  uzunömürlülük  tələbləri  ona  istismar 

zamanı verilən tələblərdir ki, hansı ki, o, öz funksiyasını yerinə yetirərkən verilmiş 

zaman müddətində öz keyfiyyətini itirməsidir. 

Estetik  tələbdə  kətan  parçalar  müasir  dövrün  stilinə,  dəbinə  və  tələbinə 

uyğun istehsal olunmalıdır. 

Kətan  parçalara  verilən  tələblərdən  biri  də  psixoloji  tələbdir.  Kətan  donluq 

parçalarına  verilən  texnoloji  tələblər  aşağıdakılardır:  eni,  plastikliyi,  isti-nəm 

emalı, emalı qəbul etmək qabiliyyəti və s. 

Kətan  parçalara  verilən  iqtisadi  tələb  dedikdə  isə  aşağıdakılar  nəzərdə 

tutulur: onun dəyəri, pərakəndə satış qiyməti və s. 



 

Parça və digər toxuculuq məmulatları bir çox xassələri özündə birləşdirərək 



müəyyən istehlak xassələrini təyin edir. 

Müxtəlif  təyinatlı  parçalar  üçün  müxtəlif  xassələr  vacib  sayılır.  Məsələn, 

brezent  parçası  üçün  əsas  xassə  möhkəmlik,  mahud  üçün  istilik  saxlaması  və 

küləyə  qarşı  müqaviməti  göstərmək,  mebel  dekorativ  parçalar  üçün  estetik  xassə 

sayılır. 

Buna  görə  də  müxtəlif  təyinatlı  parçalara  verilən  tələblər  müxtəlifdir. 

Parçaların istehlak xassələri bir sıra mexaniki, fiziki, kimyəvi, bioloji xassələrdən, 

həmçinin istehlak zamanı parçanın məruz qaldığı bir çox təsirlərdən asılıdır. 

Parçanın bütün istehlak xassələri aşağıdakı qruplara bölünür: 

1.  gigiyenik xassə; 

2.  parçanın xidmət müddətini təyin edən xassə; 

3.  estetik xassə; 

4.  texnoloji xassə. 

 


 

1.2. MEBEL TƏYINATLI KƏTAN PARÇALARIN GIGIYENIK 



XASSƏLƏRI 

 

Kətan  parçaların  keyfiyyətinin  qiymətləndirilməsində  gigiyenik  xassələrə 



çox  fikir  verirlər.  Parça  insan  orqanizmini  xarici  mühitin  zərərli  təsirindən 

qorumalı,  insanın  həyat  fəaliyyəti  üçün  normal  şərait  yaratmalı,  zərərsiz  olmalı, 

geyim  zamanı  maksimal  rahatlıq  yaratmalıdır.  Maksimal  rahatlıq  şəraitinin 

yaradılması  parçanın  geyim  altı  iqlimi  tənzimetmə  qabiliyyətindən  asılıdır. 

Geyimaltı  iqlimdə  qazın  tərkibi,  rütubət,  temperatur  və  elektrostatik  yüklərdən 

azad edilmənin tənzimi məhz parçanın gigiyenik xassələrinin əsasını təşkil edir.  

Kətan parçaların gigiyenik xassələrini xarakteristika edərkən bütün yuxarıda 

göstərilənlərlə  yanaşı  onların  codluğunu,  xarici  tərtibatını,  1  m

2

-in  kütləsini, 



səthinin təmizliyini, toz və çirk götürmə qabiliyyətini də nəzərə almaq lazımdır. 

Kətan  parçaların  gigiyenik  xassələri  bir  çox  amillərdən,  o  cümlədən  lifin 

xassəsindən,  parçanın  quruluşundan  və  arayışlandırılmasından  asılıdır.  Eyni 

quruluşa  malik,  lakin  müxtəlif  təyinatlı  parçalar  üçün  bu  təzyiq  dəyişilməsi  ilə 

əlaqədar  olaraq  bir  saniyə  ərzində  vahid  sahədən  keçən  havanın  miqdarı  ilə 

xarakterizə olunur. 

Kətan  parçaların  buxar  keçirməsi  mühitin  yüksək  rütubətliyindən,  havanın 

rütubətini  az  keçirməsini  özündə  birləşdirir.  Buxar  keçirmə  saatda  m

2

  sahəsi  olan 



parçadan keçən suyun mq-la miqdarı ilə xarakterizə olunur. 

Bu göstərici donluq, kostyumluq, paltoluq və s. parçalar üçün vacib istehlak 

xassələrindən biridir. 

Kətan  və  viskoz  parçaları  xalis  lavsan  və  nitron  parçalara  nisbətən  bir  neçə 

dəfə  çox  buxarkeçirmə  qabiliyyətinə  malik  olur.  Kətan  parçaların  tozu  götürməsi, 

çirklənməyə  davamlılığı,  tozkeçirmə  xassəsi  ilə  müəyyən  olunur.  Havakeçirməni 

təyin edən amillər, eyni ilə tozkeçirməyə də aid edilə bilər. 


 

1.3. MEBEL TƏYINATLI KƏTAN PARÇALARIN XIDMƏT MÜDDƏTINI 



TƏYIN EDƏN XASSƏLƏR 

 

Kətan  parçaların  xidmət  müddəti  müxtəlif  təsirlərə  qarşı  göstərdiyi 



müqavimətlə təyin edilir.  

Uzun  müddət  istismara  davamlılıq,  həmçinin  sosioloji  amillərdən  də  çox 

asılıdır. 

Istismar prosesində  yun parçaya ayrılıqda  və  ya birgə  müxtəlif amillər təsir 

edərək tədricən onun köhnəlməsinə səbəb olur. 

Kətan  parçanın  xidmət  müddəti  lifli  materiallardan,  parçanın  quruluşu  və 

xassəsindən, həmçinin istismar şəraitindən də asılı olur.  

Parçanın  köhnəlməsi,  hər  şeydən  əvvəl  dartılmağa  qarşı  davamlılıqdan, 

çoxdəfəli  dartılma  zamanı  deyormasiyaya  uğramadan,  çoxdəfəli  qatlanmaya  qarşı 

davamlılıqdan,  sürtünməyə  müqavimət  göstəricisindən,  suya,  temperatura,  qələvi, 

həlledici  və  digər  kimyəvi  reagentlərə  qarşı  davamlılığından,  ölçülərin 

sabitliyindən, 

işığa, 

havaya 


müqavimətindən, 

bioloji 


faktorlara 

qarşı 


davamlılığından, köhnəlməyə davamlılığından və s. asılıdır. 

Kətan  parçaların  əhəmiyyəti  keyfiyyət  göstəricisi  onun  uzanması,  yəni 

qırıldığı zamana qədər uzanmasıdır. Lakin bu şərt yun parçalara, ipək parçalara da 

aiddir. 


Qırıldığı  zamana  qədər  parçanın  uzanması  onun  zolağının  qırılan  zamankı 

uzanması  ilə  xarakterizə  olunur  və  zolağın  ilk  uzunluğuna  nisbətən  faizlə  ifadə 

edilir. 

Parçanın  keyfiyyətinin  qiymətləndirilməsi  zamanı  dartılmağa  qarşı 

möhkəmliyin miqdarı göstəricisi böyük əhəmiyyət kəsb edir və bu göstərici 15-dən 

200-ə qədər kq gücü arasında olur. 

Son  illərdə  kətan  parçaların  möhkəmliyini  artırmaq  üçün  onların  tərkibinə 

davamlı  sintetik  liflər  (lavsan,  kapron  və  s.)  əlavə  edirlər  ki,  bunlar  onun  qırılma 

yükünü artırır, amma xidmət müddətinə az təsir edir.  


 

Parçanın  möhkəmliyi  geyim  zamanı  bir  sıra  amillərdən  asılı  olur: 



sürtünməyə davamlılığı, işığa qarşı davamlılığı, rütubət və s. 

Parçanın  deformasiya  təsirindən  az  formasını  saxlaması  xüsusi  əhəmiyyət 

kəsb edir.  

Parçanın  uzanması  tam  deformasiya  ilə  xarakterizə  edilir.  Tam 

deformasiyanın tərkibində upruq, xlastin və plastik deformasiyalar olur. 

Upruq deformasiya zamanı xarici qüvvə təsiri kəsildikdən sonra, o, bir anda 

əvvəlki vəziyyətinə qayıdır, az əzilir. 

Elastik  deformasiya  zamanı  parça  üzərindən  yun  götürüldükdən  sonra,  o 

əvvəlki  vəziyyətinə  tez  qayıtmır,  bu  zaman  elastik  uzanma  əmələ  gəlir  ki,  bu 

uzanma müəyyən dövr reaksiyadan sonra öz əvvəlki vəziyyətinə qayıdır, amma bu 

qayıtma tam olmur, qalıq deformasiya meydana çıxır. 

Plastik  deformasiyaya  bəzən  geri  qayıtmayan  parçanın  istehlak  xassəsinə 

mənfi təsir edir, onun xarici görünüşünü və formasını pisləşdirir. 

Kətan  parçaların  sürtünməyə  qarşı  davamlılığı  əsas  istehlak  xassələrindən 

biri sayılır, çünki bu göstəriciyə görə parçanın xidmət müddəti təyin edilir. 

Kətan  parçaların  sürtünməyə  qarşı  davamlılığı  tətbiq  edilən  lifli  növündən, 

ipliyin  növündən,  toxunması,  sıxlığı,  səthinin  xarakteri,  1  m

2

  kütləsi  və 



arayışlandırılmasından asılıdır. 

Kətan  parçaların  mikroorqanizmlərin  təsirindən  dağılması  bioloji  amillər 

sırasına aid edilmir.  

Mikroorqanizmlərin  dağıdıcı  təsiri  ən  çox  yüksək  rütubətin  şəraitindən  baş 

verir.  

Məmulat o zaman dağılır ki, lif mikroorqanizm üçün qida mühitinə çevrilir.  

Bakteriyalar,  göbələklər  həmişə  toxuculuq  məmulatlarının  üzərində  olur, 

əlverişli şərait yaranan kimi onlar parçaları dağıdır.  

Əlverişli  şərait  dedikdə,  burada  rütubət,  temperatur,  qida  maddələrinin 

olması, antiseptik maddələrin olmaması nəzərdə tutulur. 



 

Müəyyən  edilmişdir  ki,  eyni  parçalardan  hazırldanmış  müxtəlif  məmulatlar 



bərabər surətdə dağılmır.  

Məmulatın  həmişə  müəyyən  bir  yeri  dağılır,  buna  görə  də  məmulatda 

dağılmanın topoqrafiyasını bilmək çox vacibdir. 

Ümumi və yerli dağılma məmulatda bir-birindən fərqlənir.  

Ümumi  dağılma  bütün  məmulat  boyunca  bərabər  surətdə  yayılır.  Amma 

yerli dağılma müəyyən bir sahədə baş verir. 

 

 


10 

 

1.4. MEBEL TƏYINATLI KƏTAN PARÇALARIN ESTETIK 



XASSƏLƏRI 

 

Kətan  parçaların  bədii  tərtibatı,  naxışların  müxtəlifliyi,  rənglərin  tonu, 



onların çaları,  modaya  uyğunluğuna  yüksək tələblər  verilir, çünki parçalar kütləvi 

istehlak malları sayılır.  

Parçanın xarici görünüşü tələbin formalaşmasına böyük təsir edir. 

Kətan parçaların estetik xassələri istehsalın bütün mərhələlərində formalaşır. 

Toxuculuq lifinin özünün seçilməsi, hazır parçanın xarici görünüş xüsusiyyətlərini 

təyin edir. 

Kətan  parçaların  əsas  estetik  xassələrinə  onların  fakturası,  rəng  tərtibatı, 

parlaqlığı, şəffaflığı, tutqunluğu, codluğu,  upruqluğu, əzilməsi,  forma stabilliyi  və 

s. aiddir.  

Bütün  bu  xassələr  parçaların  estetik  xassələrinin  formalaşmasına  müxtəlif 

cür təsir göstərir. 

Kətan  parçaların  lif  tərkibi,  quruluş  xüsusiyyətləri,  arayışlandırılması  onun 

fakturasını təyin edir. 

Rəng  tərtibatına  görə  kətan  parçalar  ağardılmış,  saya  boyanmış,  xam  və  s. 

olur.  

Son  bəzək  əməliyyatı  nəticəsində  parçalarda  parlaqlıq  və  tutqunluq, 



şəffaflıq,  yumşaqlıq,  codluq,  əzilməyə  davamlılıq  əmələ  gətirilir  ki,  bunlar  da 

onların estetik xassələrinin formalaşmasında böyük rol oynayır. 

Əzilməyə  davamlılıq  da  parçanın  xarici  görünüşünə  və  deməli  onun  estetik 

xassəsinə təsir edən bir göstərici sayılır. 

Yüksək  upruq  xassəyə  malik  parçalar,  istismar  zamanı  öz  formasını  uzun 

müddət saxlayır. 

 


11 

 

1.5. MEBEL TƏYINATLI KƏTAN PARÇALARIN TEXNOLOJI 



XASSƏLƏRI 

 

Kətan parçaların texnoloji xassələri dedikdə onlardan məmulat hazırlayarkən 



müxtəlif  tikiş  prosesində  əməliyyatlara  məruz  qala  bilmə  qabiliyyəti  xarakterizə 

olunur.  

Məmulatın  tikiş  prosesi  zamanı  parçaların  aşağıdakı  xassələri  daha  vacib 

sayılır,  xarici  tərtibatının  xarakteri,  rütubəti,  istilik  əməliyyatı  zamanı  plastikliyi, 

draplaşması,  sapların  sökülməsi  və  hərəkəti,  kəsilməsi,  codluğu,  yumşaqlığı,  ölçü 

göstəricisi, kütləsi. 

Rütubətli-istilik əməliyyatı nəticəsində məmulata verilmiş uzunluq formasını 

dəyişmədən  saxlaya  bilmək  qabiliyyətinin  böyük  əhəmiyyəti  vardır  və  bu 

plastikliklə xarakterizə olunur. Bu xassə kətan parçalar üçün vacib sayılır. 

Kətan  parçalar  biçilmə  zamanı  kəsilir.  Bu  kəsilmə  zamanı  saplar  bir-birinə 

möhkəm  bağlandığına  görə  parçanın  kənarları  sürtülməyə  başlayır.  Bir  qayda 

olaraq tiftikli və ya fasonlu saplar tətbiq etdikdə, kənarların sökülməsi xeyli azalır. 

Kətan parçaların texnoloji xassələrinə, habelə çirklənməyə davamlılığını, tez 

təmizlənməsini,  parçanın  formasının  bərpa  olunmasını,  yuyulma  və  kimyəvi 

təmizlənməyi də aid etmək olar. 

Müəyyən  müddət  istismar  edilmiş  məmulatın  forması  kimyəvi  təmizlənmə 

və  yuyulmadan  sonra  ütüləmə  yolu  ilə  bərpa  olunur.  Ütünün  qızma  dərəcəsi  lifin 

növündən asılı olaraq tənzim edilməlidir. 



12 

 

IKINCI FƏSIL. TƏCRÜBƏVI HISSƏ 



2.1. KƏTAN PARÇALARIN XAMMATERIALININ  

EKSPERTIZASI 

 

Kətan parçası kətan lifindən alınan iplikdən istehsal edilir. 



Qabıqaltı  liflər.  Bu  liflər  ağacın  gövdəsindən  alınaraq  aşağıdakı  növlərə 

bölünür:  kətan,  penka,  cut,  kəndir,  kənaf  və  s.  Bu  bitkilərdəki  liflər  yapışdırıcı 

maddələrlə  (pektin)  bir-birinə  möhkəm  yapışıb  ağacın  gövdəsində  xətt  boyunca 

hüceyrə  şəklində  düzülür.  Düzülmüş  bu  hüceyrələr  gələcək  üçün  xammal  sayılır. 

Hüceyrələrdən ibarət olmuş bu qatlar elementar liflər adlanır.  

Elementar  liflər  pektinin,    liqninin    və  başqa    qarışıqlarla  birlikdə  birləşib 

texniki siyrimli liflər əmələ gətirir. Siyrimli liflərin əsasını sellüloza təşkil edir. 

Kətan  lifi  pambıq  lifindən  sonra  bitkilərdən  alınan  liflər  içərisində  əsas  yer 

tutur, parça emalı üçün tətbiq edilir. 

Kətan lifi xassəsinə görə siyrimli liflər arasında ən qiymətlisi sayılır. Kətan, 

əsas  etibarilə  Kalinin,  Smolensk,  Pskov,  Novqorod,  Ivanov  və  Sankt-Peterburq 

vilayətlərində,  Belorusiyada  (20%),  Ukraynada  (16%),  Pribaltikada  (6%)  istehsal 

edilir.  Bundan  başqa  Polşada,  Çexiyada,  Belgiyada,  Fransada,  Hollandiyada, 

Avstraliyada və s. ölkələrdə də kətan inkişaf etmişdir. 

Kətan  birillik  bitki  olub,  bir  neçə  botaniki  növləri  vardır.  Ən  çox  yayılmışı 

uzundraz kətandır. Onun gövdəsinin uzunluğu 100 sm-ə qədər olur. Siyrimli liflər 

içərisində bu növ kətan bitkisinin lifi 90% təşkil edir. 

Kətan lifinin xətli sıxlığı 5000-10000 m teksdir. Gölşəkilli kətan başqalarına 

nisbətən çox yayılmışdır. Bu, ən çox toxum üçün becərilir, 0,5 m hündürlüyü olur. 

Kətan  lifini  yığan  zaman  liflərin  əvvəlki  uzunluqda  qalması  üçün  onları 

kəsmək yox, ayırmaq lazımdır.  

Kətanın iki yetişmə dövrü olur: toxum karobkası saralan və gövdəsi qızaran 

zaman,  kətanın  gövdəsi  qızaran  zaman  birinci  yetişmədən  qiymətli  lif  yığılır, 

nəinki ikinci yetişmədən. 



13 

 

Kətan  lifini  kökündən  çıxarıb  qurudub  toxumundan  ayırırlar.  Buna  kətan 



samanı  deyilir.  Çöpünün  uzunluğu  85  sm-ə  kimi  olur.  75-85  sm  olanları  əla  növ 

sayılır.  

Lif  çox  asanlıqla  ayrılır,  yəni  isladılaraq  yapışqanlı  maddələr  parçalanır. 

Islanma  2  cür  aparılır:  sahələrdə  sərilmə,  şehlə,  yağışla  islanma;  süni  yollarla 

zavodlarda islatma. 

Ayrılmış  liflər  üzərində  başqa  əməliyyatlar  aparılır.  Kətan  lifinin  normal 

nəmliyi  12%,  maksimal  nəmliyi  30-35%-dir.  Yuyulma  maşınlarından  alınan 

məhsula  len-spres  və  ya  yuyulmuş  kətan  deyilir.  Əksərən  məhsulun  15-18%-i  əla 

növ olur. 

Kətan  lifinin  qırılma  uzunluğu  1,5-2,85,  qırılma  yükü  elementar  liflərinki 

15-20 sm, kompleks liflərin isə qırılma yükü 200-400 sm-dir. 

Kətan  lifi  mikroskop  altında  hamar,  silindr,  ucu  iti  olur.  En  kəsiyi  isə 

çoxbucaqlı şəklində olur. 

Elementar  liflərin  uzunluğu  10-100  mm,  eni  kəsiyinin  diametri  12-25 

mikrona kimi olur. Kətan liflərinə suyun, buxarın, istinin, turşu və qələvilərin təsiri 

təxminən pambıq  lifində olduğu kimidir.  Lakin  məhlulları qaynadarkən pektin tez 

parçalanır, mexaniki xassəsi zəifləyir.  

Kətan  lifləri  pambıq  liflərinə  nisbətən  çətin  boyanaraq  istilik  saxlama 

qabiliyyəti pis  olub, qış paltarları  üçün tətbiq edilmir.  Kətanın  xüsusi çəkisi  1,46-

dır. 


Kətan liflərinin nömrələri orta hesabla 14-18-ə qədər olur. Kətan lifindən bir 

çox məqsədlər üçün istifadə edilir, yəni süfrələr, nazik alt paltarları, dəsmal, aralıq 

malları, kisələr, sap və iplərin alınmasında xammal kimi istifadə edilir. 

 

Penka – kətan kimi birillik bitki olub, biçilərək 12-14% lif alınır. 



Penka lifində liqnin çoxdur, nəinki kətan lifində penka lifi mikroskop altında 

çoxbucaqlı və ya yuvarlaq şəklində görünür. 



14 

 

Penka lifində olan kanal enlidir, nəinki kətanda, lifində axırı iti olmayıb, küt 



və  elastik  şəkildə  olur.  Penka  lifinin  uzunluğu  55  mm  olur.  Penka  lifi  ən  çox 

texniki məqsədlər üçün işlədilir. 

Cut  –  birillik  otşəkilli  bitkidir.  Onun  vətəni  Hindistandır.  Orta  Asiyada  da 

yetişir.  Elementar  lifləri  gödək  olur.  Cut  əsas  etibarilə  kisə  üçün  işlədilir.  Çünki 

möhkəm  olub,  rütubət  çəkməsi  çox  yaxşıdır.  Lakin  rütubətə  qarşı  davamsız  və 

hava şəraitindən tez xarab olur. 

Kənafın bir çox növü olub, elementar liflərinin xassəsinə və quruluşuna görə 

cuta bənzəyir, bu da kisə üçün işlədilir. 

Kanatın uzunluğu 5 m-ə qədər olur. Əsas şpaqat və iplər üçün işlədilir. 

Kəndir çoxillik bitkidir. Hündürlüyü 5 m-dir. Elementar lifin quruluşu ellips 

şəklində olur. Elementar liflərin uzunluğu 20-25 mm olur. En kəsiyi 20-22 mikron 

olur.  


Kəndir  lifinin siyrimli  liflər  içərisində fərqləndirici cəhətlərindən biri ondan 

ibarətdir  ki,  bu  lif  çox  möhkəm  və  rütubətə  davamlıdır.  Ən  çox  balıqçılıq  toru 

toxunur. 

Qeyd etmək  lazımdır ki,  hər bir texniki  lif 30-35 elementar  lifdən  ibarətdir. 

Bu lif parça hörmə mallarına nisbətən çox, balıqçılıq toru, plyonka və s. məqsədlər 

üçün tətbiq edilir. 

Toxuculuq  istehsalında  istifadə  olunan  liflər  müəyyən  edilmiş  həndəsi  və 

fiziki-mexaniki  xassəyə  malik  olmalıdır.  Süni  liflərin  qalınlığı  onların  emalının 

əsas  texnologiya  prosesindən  asılıdır.  Əsasən  sapın  qalınlığı  onun  davamlılığına 

təsir  edir.  Liflərin  en  kəsiyi  (diametri)  5-60  mkm  kimidir.  Əksər  liflərin  diametri 

isə 12-40 mkm-ə bərabərdir.  

Liflərin  uzunluğu  onun  düzləndirilmiş  formada  başlanğıcından  axırına  kimi 

uzunluğudur.  Uzunluğu  20-250  mm  qədər  olan  liflərdən  saplan  əyrilmə  yolu  ilə 

alınır. 


Liflərin  diametri  ilə  uzunluğu  arasında  fərq  çox  böyük  olur.  Məsələn,  orta 

hesabla  pambıq    lifinin    uzunluğu (35  mm)  diametrindən  (20  mkm)  1750, zərif 



15 

 

merinos  yun  lifinin  uzunluğu  (75  mm)  diametrindən  (20  mkm)  5750,  təbii  ipək 



lifinin uzunluğu (600 m) diametrindən (15 mkm) 40000000 dəfə çoxdur. 

Liflərin  nazikliyi  onların  texniki  göstəriciləri  üçün  əsas  şərtlərdən  biri 

sayılır. Liflərin nazikliyinin əhəmiyyəti ondan ibarətdir ki, parçaların hansı məqsəd 

üçün işlənilməsini təmin edir. 

Liflərin  en  kəsiyi  dairəvi  silindrik  formaya  malik  olmadığı  üçün  onların 

qalınlığı  (en kəsiyinin ölçüsü) dolayı  yolla (tekslə)  hesablanır. Göstərici  – teks (t) 

vahid kütləni göstərir, yəni xətti sıxlığı. 

2

km



l

m

 

Burada, m – lifin kütləsi, q; 



      l – lifin uzunluğu, km. 

Çəki  vahidi  kimi  milliqramdan  istifadə  edilərsə,  onda  lifin  qalınlığı  da 

millitekslə ifadə edilməlidir.  

Teks nə qədər az olarsa, lif bir o qədər qalın olur. 

Eyni  zamanda  lifin  qalınlığını  xarakterizə  etmək  üçün  metrik  nömrədən  də 

istifadə  edilir  ki,  bu  da  lifin  uzunluğunun  (mm,  m,  km)  onun  kütləsin  (g)  olan 

nisbətinə ölçülür. 

mq

mm

g

l

N

/



 

Metrik nömrə nə qədər çox olarsa, lif bir o qədər nazikdir. Metrik nömrə ilə 

teks arasında aşağıdakı asılılığı göstərmək olar. 

 

 



T



№ = 1000

 və yaxud 



km

q

T

/



1000

 



km

/

T

1000



№ 

 

Elementar  liflərin  nömrələri  3000-8000-ə  qədər  olur.  Kimyəvi  liflər  bəzən 



hazır sap halında istehsal olunur ki, bunların nömrələri 200-600-ə kimi olur. 

16 

 

Liflərin  texniki  və  istismar  nöqteyi-nəzərdən  qiymətləndirilməsində  onun 



davamlılığı,  qırılması,  uzanması,  qıvrımlığı,  təmizliyi,  gigiyenik  tələbata  cavab 

verə  bilməsi  və  s.  göstəriciləri  gələcək  malın  istehsalı  üçün  çox  böyük  əhəmiyyət 

kəsb edir. 

Məlumdur  ki,  toxuculuq  lifləri  emal  olunarkən  müxtəlif  deformasiyalara 

(gərilməyə, sıxılmaya, burulmaya və s.) məruz qalır. 

Lifin davamlılığı gərilmə prosesində qırılma yükü ilə H/liflə və yaxud nisbi 

qırılma  yükü  H/teks,  həmçinin  qırılma  gərginliyi  ilə  H/mm

2

/kqs/mm



2

  ilə  ifadə 

olunur. Müxtəlif toxuculuq liflərinin davamlılığı 107,8-978/mm

2

 arasında olur. 



Liflərə  dartıcı  qüvvə  ilə  təsir  etdikdə  onlar  uzanır  ki,  bu  da  onun  xarici 

mexaniki təsirlərə qarşı gərginliyini göstərir. Lifin uzanması, yəni gərilməsi həqiqi 

(



l) və yaxud nisbi uzunluqla (

) xarakterizə olunur. 

Lifin qıvrımlığı onun qiymətli xassəsidir ki, bunun sayəsində onun bir-birinə 

ilişməsi və əyrilmə qabiliyyətini artırır. 

Qıvrımlığın  nəticəsində əyrilən sap  həcmli və  xovlu olur.  Lifin qıvrımlığı 1 

sm uzunluğunda olan buruqların miqdarı ilə qiymətləndirilir. 

Liflərin təmizliyinin əhəmiyyəti ondan ibarətdir ki, yüksək keyfiyyətli parça 

və parça mallarının istehsal olunmasına imkan yaradır. 

Toxuculuq  liflərinin  hiqroskopikliyi  onun  nəmliyi  ilə  xarakterizə  olunur. 

Lifin normal nəmliyi normal atmosfer şəraitində malik olduğu nəmlikdir. 

Lifin  faktiki  nəmliyi  isə  faktiki  şəraitdə  olan  nəmliyidir  ki,  sınaq  aparmaq 

yolu  ilə  müəyyən  edilir.  Konditsion  nəmlik  standart  və  yaxud  texniki  şərtlə 

malların  təhvil-təslim  zamanı  müəyyən  edilir.  Adətən  konditsion  nəmlik  normal 

nəmlik kimi qəbul olunur. 

Lif  partiyasının  kütləsi  konditsion  nəmlikdə  hesablanır  ki,  buna  konditsion 

kütlə deyilir. 

Onu  qeyd  etmək  lazımdır  ki,  liflərin  qiymətləndirilməsində  yuxarıda 

göstərilən göstəricilərdən başqa digər xassələrdən də istifadə edilir. 



17 

 

Hələ 1860-cı ildə böyük rus alimi prof. M.Y.Kittari liflərin mənşəyinə və ya 



alınmasına  görə  əsas  təsnifatını  vermişdir.  O  zaman  ancaq  təbii  liflər  məlum 

olduğu üçün onların bölünməsini aşağıdakı kimi verirdi. Heyvanlardan, bitkilərdən 

və minerallardan alınan liflərə.  

Daha  sonra  fransız  mühəndisi  Q.Şardanke  (1884-cü  il)  nitrosellülozadan 

süni lif hazırlatmışdır. 1897-ci ildə isə misli amonyak lifi alınmışdır. 1903-1906-cı 

illərdə  viskoz  lifi  buraxılmağa  başlamışdır.  1938-1939-cu  illərdə  sintetik  lifin 

nümayəndəsi olan naylon lifi ABŞ-da tapılmışdır. 

1940-cı illərdə Almaniyada neylon lifi alınmışdır. Kemiş SSRI-də isə kapron 

lifi istehsal edilmişdir. 

Hazırki  dövrdə  toxuculuq  liflərinin  təsnif  edilməsi  iki  əsas  nişanədən  irəli 

gəlir:  mənşəyinə  (əmələ  gəlməsinə)  görə,  kimyəvi  tərkibinə  görə.  Ona  görə  də  

toxuculuq lifləri təbii və kimyəvi liflərə bölünür. 

Üzvi  liflər  təbiət  tərəfindən  insanların  iştirak  etməməsi  nəticəsində  alınan 

heterosilsiləli  yüksək  molekulu  üzvi  birləşmələrdən  əmələ  gəlir.  Təbii  liflər 

kimyəvi tərkibindən asılı olaraq iki yarım sinfə bölünür: üzvi və qeyri-üzvi tərkibli 

liflərə. 

Bitki  mənşəli  liflər  bitkilərin  müxtəlif  hissələrindən  alınırn.  Məsələn, 

toxumdan  (pambıq),  gövdədən  (kətan),  penka,  çit,  kənaf,  rami  və  s.  (bitki 

yarpağından) sizal, Yeni Zellandiya kətanı alınır. 

Mineral liflərə asbest lifini misal gətirə bilərik. 

Kimyəvi  liflər  kimyəvi,  fiziki-kimyəvi  və  s.  proseslər  nəticəsində 

hazırlanmış,  əsasən  təbii-üzvi  və  sintetik  heterosilsiləli  və  karbosilsiləli  sintetik 

yüksək molekulu birləşmələrdir. 

Kimyəvi liflər kimyəvi tərkibindən və alınma xüsusiyyətlərindən asılı olaraq 

yarım siniflərə bölünür: süni və sintetik liflər. 

Süni liflər iki qrupa – üzvi və qeyri-üzvi tərkibli liflərə, sellülozadan (viskoz, 

asetat və s.) və zülaldan alınmasına (kazein, bitki zülalından) görə fərqlənirlər. 

Qeyri-üzvi tərkibli (mineral) liflərə şüşə və metal liflər aiddir. 



18 

 

Sintetik liflər kimyəvi tərkibindən asılı olaraq heterosilsiləli və karbosilsiləli 



qruplara  bölünür.  Heterosilsiləli  liflər  poliamid  (kapron,  anid)  və  poliefir  (lavsan) 

liflərinə ayrılır. 

Karbosilsiləli liflərə polikrilnitril (nitron), polivinilxlorid (xlorin, PTX və s.), 

polivinilspirt (vinol), polielefin, polipropilon, polistilen, fototərkibli (ftorlon) lifləri 

aiddir. 

Karbosilsiləli  birləşmələrdə  birləşmənin  əsas  silsiləsini  ancaq  karbon 

atomları təşkil edir. 

Heterosilsiləli  birləşmələrdə  birləşmələrin  əsas  silsiləsinə  karbondan  başqa 

oksigen, azot, kükürd və s. elementlər də daxildir. 

Bütün  bitkilərdən  alınan  təbii  liflərin  (pambıq,  kətan,  cut,  penka  və  s.)  və 

bitkilərdən  alınan  kimyəvi  liflərin  (viskoz,  asetat,  miss-ammonyak  və  s.)  tərkibi 

sellülozadır. 

Sellülozanın  molekul  quruluşu  emprik  formulda  belə  yazılır.  Molekulda 

(C

6



H

10

O



5

)

n



  hidrokel  qrup  mövcuddur,  yəni  C

6

H



7

O

2



(OH)

3

  təbii  sellülozanın 



makromolekulunda elementar zəncir birləşmələri müxtəlif ola bilər.  

Pambıq  üçün  orta  səviyyədə  5000-6000,  kətan  və  penka  üçün  isə  20000-

30000-dir. Beləliklə sellüloza yüksək molekul çəkisinə malikdir.  

Demək  olar  ki,  polimerləşmə  əmsalı  nə  qədər  böyükdürsə,  bir  o  qədər 

sellulozadan olan materiallar möhkəmdir. 

Sellülozanın  strukturunun  elementi  sellobioz  qadıqdan  ibarətdir.  Iki 

elementar  birləşmə  bir-birilə  qlükozid  əlaqə  il  əvə  yaxud  oksigen  körpünün 

vasitəsilə  iki qonşu elementar birləşmələr  biri digərindən  nisbi olaraq 80

0

 dönmüş 


olur. 

Qlükoza  qalığının  makromolekulunun  zəncirinin  axırındakı  molekullar 

əvvəlki  molekullardan  fərqlənir.  Yəni  zəncirin  əvvəlki  aldehid  qrupu,  axırda  isə 

dörd hidroksil qrupu yerləşir.  



19 

 

Struktur  formulasından  görünür  ki,  hər  bir  qlükoza  qalığında  3  hidroksil 



qrupu  vardır.  Həmin  bu  hidroksil  qrupları  hidrogen  birləşmələri  hesabına 

molekulları güclü qarşılıqlı təsirdən azad edilir.  

Bundan  başqa,  bu  qrupların  hesabına  molekul  su  çəkir  və  kimyəvi 

reaksiyalar zamanı sellüloza spirt xarakteri daşıyır. 

Işığın  təsiri  nəticəsində  sellülozanın  qlükozid  əlaqəsi  pozulur.  Sellülozanın 

turşulaşma  prosesi  aktivləşir  və  onun  mexaniki  xassələri  aşağı  enir,  gərildikdə 

davamsız olur, uzanır, codluğu və kövrəkliyi artır. 

Adi  şəraitdə  sellüloza  bərk  sıx  1,52-1,54  q/sm

3

,  çətin  əriyən  maddədir. 



Sellülozanı  həll  etmək  üçün  kompleks  miss-ammonyakın  məhlulundan  istifadə 

olunur. Bu, adətən misli ammonyak lifi almaq üçün istifadə edilir. 

Sellüloza  lifləri  təmiz  deyildir.  Bu  liflərin  tərkibində  sellüloza  ilə  birlikdə 

pektin  liqnin  maddələri  vardır  və  liqnin  lifə  kövrəklik  verir  və  boyanma 

qabiliyyətini aşağı salır.  

Lifdə  nə  qədər  liqnin  çox  olarsa,  onun  keyfiyyəti  bir  o  qədər  aşağı  olur. 

Bundan əlavə lifdə yağ, parafin, zibil və s. maddələr olur. 

Təbii sellüloza lifləri kimyəvi tərkibinə görə bir-birindən ən çox fərqlənirlər. 

Məsələn, pambıqda 94,5-97% təşkil edirsə, yağ və parafin 1%, azot maddəsi 1,2%, 

kül 0,2%, başqa qarışıqlar olur.  

Kətan  lifində  isə  bu,  uyğun  olaraq  aşağıdakı  kimidir:  sellüloza  75-79,1%, 

pektin  8,4-26%,  liqnin  5,2-26%,  yod  2,4%,  azot  2,1%  və  s.,  kükürd  duzu  26% 

sellülozanın qlukozid əlaqəsini pozur və nəticədə hidrosellüloza əmələ gəlir. 

Bununla  əlaqədar  olaraq  polimerizasiya  əmsalı  azalır  və  nəticədə 

sellülozanın mexaniki xassəsi pisləşir. Həmin turşularla uzun  müddət təsir etdikdə 

sellülozanın molekulları ayrı-ayrı birləşmələrə ayrılır, yəni qlükoza 

(C

6

H



10

O

5



)

n

 – n/H



2

O – HC


6

H

10



O

6

 alınır. 



Istiliyi  yüksəltdikcə  güclü  destruksiya  böyüyür.  Ona  görə  də  pambıq  və 

kətan parçalarını boyadıqda lazımdır ki, soyuq zəif turşu məhlulları götürülsün. 



20 

 

Sellüloza  spirt  xarakteri  daşıdığı  üçün  turşularla  reaksiya  zamanı  sadə  və 



mürəkkəb efir alınır. 

Soyuq  halda  18-25%  qələvi  məhlulunda  sellülozanı  emal  etdikdə  onun 

keyfiyyəti  yaxşılaşır,  yəni  davamlılığı,  ağlığı  və  boyanma  qabiliyyəti  artır. 

Sellülozanın bu cür tam emalına onun merserizasiyası deyilir. 

Sellüloza  «OH»  ilə  təsir  etdikdə  lif  alınır.  Şişmə  nəticəsində  molekullar 

arasında qarşılıqlı təsir güclənir, beləliklə davamlılıq və parlaqlın artır. Strukturada 

elementlərin  müəyyən  edilməsi  asanlaşır,  lifin  qıvrımlığı  itir  və  lifin  daxili  kanalı 

dolmuş olur. 

Sellülozanı  150

0

-yə  qədər  qızdırdıqda  heç  bir  dəyişiklik  baş  vermir,  lakin 



160

0

-dən yuxarı qızdırıldıqda dağılır. 



21 

 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə