185. Travma şokunun torpid fazasında aşağıda göstərilən əlamətlərdən hansı müşahidə edilir? A) hərəki oyanıqlıq
B) nitqi oyanıqlıq
C) taxipnoye
D) huşun pozğunluqları
E) taxikardiya
186. Xroniki şüa xəstəliyinin hansı ağırlıq dərəcəsi tədricən inkişaf edərək davamlı vegetativ pozğunluq əlamətləri ilə gedir? A) çox ağır forma
B) orta ağır forma
C) kənar ağır forma
D) yüngül forma
E) ağır forma
187. Ağciyərə qansızmaların əsas spesifik simptomlarından biri hansıdır? A) halsızlıq
B) bulemiya
C) yuxululuq
D) başhərlənmə
E) öskürək zamanı döş qəfəsində ağrının olması
188. Travma fonunda inkişaf edən miokarditlər posttravmatik visseral patologiyaların hansı təsnifat vahidinə aid edilir? A) travma ilə patogenetik əlaqəsi olmayan xəstəliklərə
B) birincili orqan patoloji dəyişikliklərə
C) variantlarda göstərilən təsnifat vahidlərindən heç birinə aid edilmir
D) travmadan önçə əmələ gələn xəstəliklərə
E) ikincili orqan patoloji dəyişikliklərə