1. Hemorragik xarakterli möhtəviyyat müşahidə olunur


Qıcolma sindromu zamanı maqnezium sulfat yeridilərkən tənəffüs zəifləməsi



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə240/240
tarix02.01.2022
ölçüsü1,24 Mb.
#37285
1   ...   232   233   234   235   236   237   238   239   240
1. DX2 - HST birleştirildi

271. Qıcolma sindromu zamanı maqnezium sulfat yeridilərkən tənəffüs zəifləməsi
müşahidə olunarsa aşağıdakı preparatlardan hansı venaya yerdilməlidir?
A) natrium oksibutirat
B) atropin sulfat
C) diazepam
D) prednizolon
E) kalsium xlorid
272. Travmatik üzülmə üçün aşağıdakı dəyişikliklərdən hansı xarakterik deyildir?
A) orqanların atrofik dəyişiklikləri
B) hipertrofik dəyişikliklər


C) orqanların sklerotik dəyişiklikləri
D) kaxektik dəyişikliklər
E) sistemlərin atrofik və sklerotik dəyişiklikləri
273. Toksiki-septik pnevmoniyalar üçün aşağıda göstərilən xüsusiyyətlərdən hansı
xarakterikdir?
A) sadalanan xüsusiyyətlərin hamısı toksiki-septik pnevmoniyalar üçün xarakterikdir
B) tək-tək böyük infiltrasiya ocaqlarının olması, onların öz aralarında birləşərək total
prosesə çevrilməsi
C) subfebril hərarətlə getməsi, qabarıq fizikal xarakterli dəyişikliklərlə biruzə verməsi
D) çoxlu kiçik infiltrasiya ocaqlarının olması, rentgenoloji miliar vərəmi xatırlatması və öz
aralarında birləşərək iri ocaqlı prosesə çevrilməsi
E) fizikal xarakterli dəyişikliklərin qabarıq olması
274. Ağciyərə qansızmalar hansı simptomla özünü biruzə vermir?
A) öskürək ilə
B) döş qəfəsində ağrı ilə
C) təngnəfəslik ilə
D) qanhayxırma ilə
E) Mendel simptomu ilə
275. Yaralılarda inkişaf edən ikincili pnevmoniyalardan hansı iri ocaqlı olması,
miqrasiya etməsi və tez–tez residiv verməsi ilə fərqlənir?
A) hipostatik pnevmoniyalar
B) septik pnevmoniyalar
C) atelektatik pnevmoniyalar
D) aspirasion pnevmoniyalar
E) toksiki pnevmoniyalar
276. Travma şokunun erektil (oyanma) fazası zədələnmədən nə qədər sonra baş
verir?
A) zədələnmədən 1-2 sutka sonra
B) zədə yerinin infeksion fəsadlaşma dövründə
C) zədələnmədən 5-10 sutka sonra
D) irinli intoksikasiya dövründə


E) zədələnmədən dərhal sonra
277. Aşağıda göstərilən hallardan hansında delirioz sindromuna rast gəlinmir?
A) strofantin, korqlikon və digər qlükozidlərlə zəhərlənmələr zamanı
B) tetraetil qurğuşunla zəhərlənmələr zamanı
C) anaşa, həşiş və pipolfenlə zəhərlənmələr zamanı
D) dimedrol və kokainlə zəhərlənmələr zamanı
E) atropin və belladona preparatları ilə zəhərlənmələr zamanı
278. Kəskin şüa xəstəliyinin sümük iliyi formasında xəstəliyin neçənci sutkasından
leykopeniya (qranulositopeniya) qeyd edilir?
A) xəstəliyin 3-cü sutkasından
B) xəstəliyin 25-30-ci sutkasından
C) xəstəliyin 7-9-cu sutkasından
D) xəstəliyin 15-19-cu sutkasından
E) xəstəliyin 20-22-ci sutkasından
279. Kəskin şüa xəstəliyinin sümük iliyi formasının IV ağırlıq (çox ağır) dərəcəsində
gizli dövr neçə həftəyə qədər davam edir?
A) 5-6 həftə
B) 3-4 həftə
C) 1-2 həftə
D) 7-8 həftə
E) gizli dövrsüz şiddətlənmə mərhələsinə keçir
280. Birincili və ikincili orqan-patoloji dəyişikliklər travmadan sonra inkişaf edən
(posttravmatik) visseral patologiyaların aşağıda göstərilən təsnifat vahidlərindən
hansına aid edilir?
A) travmadan öncə əmələ gəlmiş xəstəliklərə
B) travma ilə patogenetik əlaqəli ümumi sindromlara
C) travma ilə patogenetik əlaqəli orqan-patoloji dəyişikliklərə
D) travma ilə yanaşı gedən xəstəliklərə
E) travma ilə patogenetik əlaqəsi olmayan ikincili orqan-patoloji dəyişikliklərə

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin