262. Kəllə və onurğa yaralanmalarında travmanın erkən dövründə EKQ-də aşağıda göstərilən hansı dəyişiklik müşahidə edilmir? A) “T” dişinin deformasiyası
B) patoloji “Q” dişciyinin olması
C) “ST” seqmentinin depressiyası
D) “R-R”-in uzanması
E) diastolik dövrün uzanması
263. Travma şoku travmadan sonra inkişaf edən (posttravmatik) visseral patologiyaların aşağıda göstərilən təsnifat vahidlərindən hansına aid edilir? A) travma ilə patogenetik əlaqəli ikincili orqan patoloji dəyişikliklərə
B) travmadan öncə əmələ gəlmiş xəstəliklərə
C) travma ilə patogenetik əlaqəli birincili orqan patoloji dəyişikliklərə
D) travma ilə yanaşı gedən patologiyalara
E) travma ilə patogenetik əlaqəli dəyişikliklərdən ümumi sindromlara