istisnaların haqlı və məqsədəuyğun olub-olmadığını yoxlamağı nəzərdə
tutur.
Başqa
bir
problem
də
mövcuddur.
Dövlət
Şurası
administrasiyanın fəaliyyətinin öz miqyaslarına görə onun izlədiyi
məqsədlərlə müqayisə edilə bilən faktların olub-olmadığını daha tez-tez
aydınlaşdırmağa çalışır. Vasitələrin qarşıya qoyulmuş məqsədlərə
mütənasibliyi və ya adekvathğı prinsipi ekspropriasiya məsələlərində
geniş tətbiqini tapmışdır. Administrasiya planlaşdırılan tikili, çəkiləcək
yol üçün yer seçmə zamanı gözlənilən üstünlüklərlə müqayisədə həddən
artıq narahatlıq yaradan, çoxsaylı mənzillərin dağıdılması və yaxud ətraf
mühitin vəziyyətinin pisləşməsinə səbəb olan qərar qəbul etməməlidir.
Beləliklə, halların qiymətləndirilməsində açıq-aşkar səhvlərin
olmamasına təminat verilməsi və ümumi direktivlərə riayət edilməsi ilə
yanaşı, bu metodla diskresion səlahiyyətlərin məhdudlaşdırılması və
həmin səlahiyyətlərin həyata keçirilməsi üzərində nəzarət imkanı təmin
olunur. Diskresion hüquqları və bundan istifadə üzərində məhkəmə
nəzarəti məsələsi Fransada olduqca aktual məsələdir. Bu məsələ inzibati
hüquqda da, dövlətin siyasi praktikasında da diqqət mərkəzindədir.
Sərt səlahiyyət və diskresion səlahiyyətlər çox zaman eyni bir
idarəetmə aktı çərçivəsində həll edilir. Qulluqçulara münasibətdə tətbiq
edilən intizam tədbirləri buna əyani misaldır; əgər qulluqçu günahkar
deyildirsə, administrasiya heç bir şərtlə ona qarşı cəza tətbiq edə bilməz;
əgər qulluqçu günahkardırsa, administrasiya onu məsuliyyətə cəlb etmək
və sanksiyalar seçməkdə tam azaddır, yəni bu baxımdan diskresion
səlahiyyətlərə malikdir.
Nəhayət, qeyd etmək lazımdır ki, sərt səlahiyyət kimi diskresion
səlahiyyətlər də qanunçuluq anlayışı ilə bağlıdır. Bu isə
məqsədəuyğunluq anlayışı ilə heç də uzlaşmır. Sonuncu heç bir norma və
hər hansı nəzarət ilə əhatə olunmur. Yalnız inzibati hakim öz
mülahizəsinə görə bu anlayışın hüdudlarını müəyyənləşdirir.
Sərt və diskresion səlahiyyətlərin nisbəti ilə bağlı digər məsələlərə
gəlincə, burada çox şey həmin iki kateqoriya çərçivəsində bu səlahiyyətin
həcmini kimin bölməsindən və səlahiyyətin
diskresion olduğunun,
yaxud
sərt səlahiyyətdən irəli gəldiyinin hansı əlamətə görə müəyyən
edilməsindən asılıdır. Belə bölgünü prinsip etibarilə qanunverici aparır.
Administrasiyaya diskresion səlahiyyətlər verilməli, yaxud onun üçün
sərt səlahiyyət müəyyənləşdirilməli olduğunu məhz qanunverici həll edir.
Misal üçün, «sərt səlahiyyət» anlayışım ifadə etmək üçün qanunverici
«hüquq» terminini və yaxud «vəzifə» terminini işlədir. Məsələn, dövlət
qulluqçularının ümumi statusunda deyilir ki.
138
«həqiqi qulluqda olan məmur hər il məzuniyyətə çıxmaq hüququna
malikdir». Bu o deməkdir ki, administrasiyanın məmura belə məzuniyyət
verməklə əlaqədar sərt səlahiyyəti vardır^o.
Dövlət qulluqçularının həmin ümumi statusuna uyğun olaraq,
«dövlət qulluqçusunun dosyesi şəxsin dövlət idarəetmə orqanları
sistemindəki vəziyyətinə aid bütün materialları əhatə etməlidir».
Sərt səlahiyyət təsbit edilməsinin üçüncü üsulu felin əslində əmr
formasını nəzərdə tutan xəbər formasından və yaxud gələcək zaman
şəklindən istifadə olunmasıdır. Misal üçün, əgər mətndə «hərbi hazırlıq
kursu keçən qulluqçu bütün təlim dövrü üçün əmək haqqı ödənilməklə
məzuniyyətə göndərilir», - deyilirsə, bu o deməkdir ki, məzuniyyət
verilməsi məcburidir. Yaxud, «ezamiyyətə göndərilmə xidməti ehtiyaca
görə ola bilər» şəklində məhdudlaşdırıcı formul işlədilə bilər. Bu o
deməkdir ki, başqa hallarda ezamiyyətə yol verilə bilməz və səlahiyyət bu
mənada sərt olur.
Əksinə, əgər diskresion səlahiyyət barədə fikir bildirilmək
istənilirsə, onda «edə bilmək» feli işlədilir. Hər dəfə aktda deyilirsə ki,
şəxs nəyi isə əldə edə bilər, administrasiya isə qərara ala bilər, bu, sərbəst
mülahizə dairəsini göstərir.
Lakin həqiqətdə bir səlahiyyət dairəsini digərindən ayırmaq asan
deyildir, çünki lüğət fondumuz qətilik baxımından bütün variantları
lazımınca əhatə etmir və qanunvericidən heç də həmişə düzgün istifadə
etməyi bacarmırlar. Buna görə də çox zaman aktları şərh etmək, yaxud bu
və ya digər məsələ ilə əlaqədar dəqiqləşdirmək vəzifəsi məhkəmələrin
öhdəsinə düşür.
İdarəetmə səlahiyyətlərinin həcminin və xarakterinin hüquqi
cəhətdən qiymətləndirilməsi həmişə qanunvericilik və məhkəmə
orqanlarının daimi diqqət və qarşılıqlı əməkdaşlıq
obyekti olmuşdur; sərt
səlahiyyətin sərhədlərini və sərbəst mülahizə çərçivələrini, eləcə də
qanunçuluqla məqsədəuyğunluq arasında ayrıca xəttini məhkəmə
praktikası ilə tamamlanmış qanunvericilik müəyyənləşdirir.
Azərbaycan Respublikasının inzibati hüququnda hüquq normaları
insanların davranışına fəal təsir göstərmək və ictimai münasibətləri
tənzimləmək üçün qəbul edilir. Hüquq normaları insanların davranışına,
onların iradəsinə və şüuruna təsir edir. Hüquqi tənzimləmə sahəsində
insanlar hüquq normalanmn tələblərinə uyğun olaraq davranırlar.
Vətəndaşların davranışı, ümumi və fərdi maraqları ictimai inkişafın
tələblərinə uyğunlaşdırılır. Hüquq normalarının realizəsi onlann
tələblərinin insanların davranışında təcəssüm edilməsidir.
Dostları ilə paylaş: