Fərdi qaşıqla ölçünün alınması. Modelin tökülməsi.
Protez sərhəddinin çəkilməsi.
Fərdi qaşıq uyğunlaşdırıldıqdan sonra onun kənarları termoplastik kütlə ilə funksional olaraq
ağız boşluğunda formalaşdırılır. Sonra protez yatağının selikli qişasının xüsusiyyətini nəzərə alaraq
ölçü materialı seçilir. Ölçü materialı hazırlanıb, qaşığın içərisinə 2-3 mm qalınlığında bərabər
yayıldıqdan sonra qaşığı ağız boşluğunda protez yatağına oturdaraq, passiv və aktiv hərəkətlərin
köməyindən istifadə etməklə ölçü alınır.
Anatomik ölçüdən model tökülür. Modeldə selikli qişanın təzyiqdən azad ediləcək sahələrinə -
damaq torusu, sümük qabarıqları, ekzostozlar, damar və sinirlərin çıxdığı sahələrə folqa qoyulmaqla
izolyasiya edilir.
Çənələrin gips modellərinin hazırlanması üçün modellərdə əsas texniki oriyentirlər və nisbi
daimi anatomik törəmələrin konturları qeyd edilir. Belə hazırlığın əsas məqsədi okklüziya yastıqlarının
dəqiq quraşdırılmasıdır.
Üst çənədə sərhədlərin cızılması: yanaq və dodaq tərəfdə bu sərhəd keçid büküşündən keçir,
qabaq tərəfdə üst dodaq yüyənini keçir, dartılar kənarda qalmaqla damağın dodağa keçən sərhəddi
boyu arxa alveol çıxıntıları daxil olmaqla “A”xətti boyu çəkilir. Hərəkətli selikli qişa protezdən
kənarda qalmalıdır.
Alt çənədə sərhədlərin cızılması: qabaq tərəfdə alt dodaq dartıları istisna olmaqla alt dodağın
damağa keçən sərhəddi boyu, içəridən isə dil dartısı istisna olmaqla çəkilir. Hərəkətli selikli qişa
protezdən kənarda qalmalıdlr.
Dostları ilə paylaş: |