Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə54/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 36 

 

MÖVZU  21. 



Metal bazisli  protezlərin  və tam tökmə bazisin  hazırlanması. 

 

Protezin  tez-tez  sınmasında  temperatur  hissiyatı  ilə  əlaqədar  olan  diskomfort  hallarında, 



diksiyakın pozulmasında, plastmasa qarşı həssaslıqda, bruksizmdə, alçaq klinik qapaqlarda və hündür 

dil  yüyənində  metal  bazisli  protez  hazırlanır.  Belə  protezin  bazis  ştamplama  və  ya  tökmə  yolu  ilə 

hazırlanır. 

Metal  protezin tətbiqinə 1757-ci  ildə  bazisin  qızıl  ərintisindən ştamplama  yolu  ilə  hazırlanması 

ilə başlanmışdır. 

Metal  bazis  hazırlanmasının  öz  xüsusiyyətləri  var:  protez  konstruksiyasının  planlaşdırılması 

vacibdir. 

Metal  bazisli  protez  hazırlanmasına  göstərişlər ikili  xarakter  daşıyır:  ümumi tibbi  (bioloji)  və 

xüsusi. 

Ümumi tibbi göstərişlər allergiya, bruksizm, ixtisasın xüsusiyyətləri, plastmas protezlərə qarşı 

həssaslıq. 

Xüsusi  göstərişlər:  plastmas  bazisin  tez-tez  sınması,  diş  cərgələrinin  hüdudlanan  qüsurları, 

çənələrin daralması, arasıkəsilməz klammerə mənfi münasibət, yuxarı çənədə hətta bir distal dayağın 

olmaması, dil yüyəninin hündür yerləşməsi, dişlərin alçaq klinik tacları. 

A.S.Şerbakov  dərin  dişləmli,  üz-çənə  nahiyəsinin  rezeksiyaları  olan  xəstələrdə  metal  bazisli 

çıxan protez edir. 

Ştamplanmış  metal  bazisin  hazırlanması  çətin  proses  olub,  protez  yatağı  toxumalarının  dəqiq 

əksini  vermir.  Bir  neçə  dəfə  termiki  işlənmə  metalın  strukturunu  dəyişir.  Buna  görə  də  hazırda 

yeniləşmiş metodların köməyilə dəqiq tökmədə metal bazis keramik modellərdə tökülməklə və ya işçi 

model üzərindən mum kompozisiyanın çıxarılması ilə hazırlanır. 

Tökmə  bazisin  hazırlanması  üçün  sərt  gipsdən  olan  modelin  üzərində  paralelometrdə  metal 

bazisin təbii dişlərə uyğun sərhədləri çəkilir.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin