Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə51/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 33 

 

Diferensial ölçü 2 mərhələdə alınır: 



Birinci  mərhələdə  ölçü  kütləsi  seçilir.  Fərdi  qaşığa  termoplastik  və  ya  “Tiokol”  ölçü  kütləsi 

qoyulur və təzyiq altında bütün protez yatağından ölçü alınır. Ölçü kütləsi tam bərkiyənə qədər qaşığa 

təzyiq  edilir.  Sonra  ölçü  çıxarılır,  qiymətləndirilir,  iti  skalpel  və  ya  frezlə  yüklənmənin  aradan 

qaldırılması planlaşdırılmış yerlərdə ölçü kütləsi götürülür, elə bu  yerlərdə də lazımi dəliklər açılır. 

Fərdi  qaşığın  perforasiyası  protez  yatağının  yüklənməyəcək  nahiyələrində  artıq  ölçü  materialının 

çıxarılması üçün vacibdir. Sonra daha axıcı material hazırlayıb, yüklənməyəcək hissələrə çəkilir, ağız 

boşluğuna daxil edilir və təzyiq altında ölçü alınır. Təzyiq zamanı ölçü kütləsi qaşıqdakı dəliklərdən 

axır. Bərkimədən sonra kütlə üzərində yüklənmədən azad zonalar görünür. Ölçü laboratoriyada mumla 

işlənir və model tökülür. Ölçünün kənarlarının işlənməsi klapan zonasının pozulmasının qarşısını alır. 

Ölçünün kənarından 1-2 mm aşağı 2-3 mm qalınlıqda mum qatı çəkilir. Sonra adi qayda ilə model 

tökülür. Texnik modeli kəsərkən gipsin artıqlarını mum zolağa qədər götürür.  

Paradont xəstəlikləri zamanı çoxlu sayda dişlərin çıxarılması və ya alveol çıxıntının tez atrofiyası 

zamanı  hərəkətli selikli qişa “xoruz pipiyi” formasında qalır. Ölçü götürülərkən pipik yerini dəyişir, 

sonradan  isə  daim  travmaya  məruz  qalır.  Bundan  əlavə,  yuxarı  şablonun  mərkəzi  münasibətin 

təyinində  davamsız  olması çətinlik  törədir.  Bəzi  müəlliflər  belə selikli  qişanı  kəsib  götürməyi  tətbiq 

edirlər. Lakin xəstənin ümumi  vəziyyəti  və yaşı nəzərə alınaraq onu saxlamaq olar, bu  zaman  xüsusi 

ölçü götürmə qaydası tələb olunur. 

Hərəkətli selikli qişa bəzən bütün alveol darağı boyunca yerləşir.  

Funksional ölçü almaq üçün 2 üsul tətbiq olunur. 

1.  Anatomik  ölçüdən  alınmış  model  üzərində  hərəkətli  alveol  darağı  nahiyəsinə  folqa  qoyulur, 

alınan  fərdi  qaşıq  artıq  izolyasiya  olur.  Qaşıq  adi  yolla  ağız  boşluğunda  yoxlanılır,  klapan  zonası 

formalaşdırılır.  Qaşığın  izolyasion  dərinlik  yerində  perforasiya  dəlikləri  açılır.  Sonra  daha  duru 

materialla funksional ölçü alınır. Ölçü üzərində hərəkətli “pipik” yerini dəyişmədən əks olunur. 

2. İki mərhələli ölçü alma üsulunda hətta çox hərəkətli selikli qişa hissələri yerdəyişməsiz əks 

olunur.  Sərt  qaşıq  ağız  boşluğuna  daxil  edilir,  termoplastik  və  ya  tiokol  kütlə  ilə  klapan  zonasında 

qaşığın kənarı formalaşdırılır. Sonra qaşıqda hərəkətli alveol darağı tam açıq qalmaq şərtilə enli dəlik 

açılır. Qaşığın formalaşdırılmış sahələri saxlanmalıdır. Evgenol-sink oksidi pastası və ya digər kütlə ilə 

ümumi ölçü alınır, ağız boşluğundan çıxarılmadan qaşığa və alveol darağının hərəkətli selikli qişasına 

əvvəlcə  duru,  sonra  isə  daha  qatı  kütlə  qoyulur.  Tam  quruduqdan  sonra  ölçü  ağız  boşluğundan 

çıxarılır. Bu metodika ilə hərəkətli alveol çıxıntının səthi toxumalarının yerini dəyişməmiş əksi alınır, 

bu da protez altında selikli qişanın sıxılmasına imkan vermir. Bu halda mərkəzi münasibət sərt bazis 

üzərində təyin olunmalıdır. Ölçünün kənarları gələcək protez kənarını əks etdirdiyi üçün onun üzərində 

sərhədlər qeyd olunur. Yuxarı çənə protezinin arxa sərhəddi istisna təşkil edir. Keçid büküşünə həcm 

vermək üçün ölçü mütləq mumla işlənir. 

Funksional ölçüyə uyğun çənələrin işçi modeli tökülür. Ölçü xarici səthindən 2-3 mm qalınlıqda, 

kənarından 3-4 mm aşağı mumla işlənir. Ölçü üzərində qeyd olunmuş sərhədlər işçi modelə köçürülür, 

okklüzion yastıqlı mum bazisin hazırlanmasından əvvəl dəqiqləşdirilir. Protez bazisi dəqiq sərhədləri 

protezin fiksasiyası və ətraf toxumalara arzuolunmaz təsirlərin qarşısının alınmasında vacibdir.  

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin