Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Modellərin  mərkəzi okklüziya  vəziyyətində  okklüdatora gipslənməsi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə87/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Modellərin  mərkəzi okklüziya  vəziyyətində  okklüdatora gipslənməsi. 

Süni  dişlərin  seçilməsi. 3 37 dişlərə qarmaqların  hazırlanması. 

 

Həkim  tərəfindən  mərkəzi  okklüziyanın  təyini  və  oriyentir  xəttləri  (səmt) çəkilməsindən  sonra 



mum bazis ağız boşluğundan çıxarılır, gips model üzərinə qoyulur və antaqonist dişlərə uyğun olaraq 

modellər  mərkəzi okklüziya  vəziyyətundə  qurulur.  Texnik  modelləri  mərkəzi okklüziya  vəziyyətində 

saxlamaq  üçün taxta çubuqlardan istifadə edir. Yapışdırılmış modelləri okklüdatora gipsləmək üçün 

modellər bir neçə dəqiqə suya salınır. Gips qarışdırılır, bir hissəsi stol üzərinə qoyulur və okklüdatorun 

aşağı  çərçivəsi  gipsə  yerləşdirilir.  Yenidən  bir  hissə  gips  qoyulur,  üzərinə  modellər  yerləşdirilir. 

Şpatellə modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra gips qatı yuxarı çənə modelinə 

qoyulur,  okklüdatorun  yuxarı  çərçivəsi  bağlanır  və  gips  hamarlanır.  Modelləri  okklüdatora 

mərkəzləşdirilmiş şəkildə qoyuruq. Elə etmək lazımdır ki, hündürlük ştifti daim meydançaya toxunsun 

və  modellər  yerini  dəyişməsin.  Gips  quruduqdan  sonra  taxta  çubuqlar  çıxarılır.  Ehtiyatla  okklüdator 

açılır, modellər aralanır. 

Dişlər müəyyən kriteriyalara  əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq, kvadrat), 

yaşına  (yaşlı  xəstələrdə  kəskin  olmayan  tinlər),  cinsinə  (qadınlarda  daha  incə,  bəyaz),  dərisinin, 

saçının, gözünün rənginə (bəyaz  və ya tünd),  alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu 

dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin 

seçilməsi  və  düzülməsi  mərkəzi  okklüziyanın  təyini  zamanı  modellərdə  həkimin  işarə  etdiyi  səmt 

xəttlərinin  köməkliyi ilə  həyata  keçirilir. Plastmas  dişlərin  müxtəlif  rəngləri  və  çalarları olur.  Nəzərə 

almaq  lazımdır  ki,  plastmas  dişlərin  müsbət  keyfiyyətlərindən  başqa  çatışmayan  cəhətləri  də  var: 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin