Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
63
lazımi qədər keyfiyyətə malik deyil, sürtülməyə az davamlıdır. Çini dişli çıxan protezlər funksional
baxımdan daha uzun ömürlü və effektivdir. Bu dişlərin səthi praktiki olaraq sürtülmür. Çini dişləri
yonarkən çox təziq etmək olmaz (çatlar və sınıqlar əmələ gəlməsinə görə).
Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida
ilə əlaqədə olmamalıdılar, orqanizmə ziyanı olmamalıdır, qidalanma zamanı möhkəm olmalıdırlar,
təzyiqə dözümlü olmalıdırlar. Həm plastmas, həm də çini dişlərin tətbiqinə göstəriş olmalıdır. Tam
çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha
yaxşıdır. Bundan əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri.
Klammerlərin protezdə yerləşdirilməsi həkim tərəfindən dayaq dişinə əsasən təyin edilir. Dayaq
dişin digər dişlərə paralelliyi mühüm rol oynayır. Dairəvi birçiyinli tutucu klammer çiyindən, cisimdən
və çıxıntıdan ibarətdir. Klammerin cismi dişin ekvatorundan yuxarıda (alt çənədə), ekvatordan aşağı
(üst çənədə) yerləşməlidir. Klammerin çıxıntısı bazisin alveol darağının mərkəzindən içəri olmaqla ona
paralel, süni dişlərin altında yerləşir. Standart klammer dişin gips modelinə uyğun olaraq kramponla
əyilir. Qarmağın çiyni elə eyilir ki, o dişin vestibulyar səthindən ekvatorun arxasını əhatə edir, dişətinə
toxunmur, klammer standart məftildən hazırlanmırsa çıxıntının ucu çəkiclə yastılanır, yeyə ilə üzərində
kəsiklər aparılır ki, plastmasda möhkəm otursun.
Dostları ilə paylaş: |