2. Dünyagörüş
ünün ilk tarixi formaları: mifologiya və
din. Dünyagörüşü
dedikdə dünya və insanın bu dünyada yeri və rolu haqqında ümumiləşmiş baxışlar, bilik
və təsəvvürlər başa düşülür.Fəsəfənin öyrəndiyi problemlərin hər birində insanın
dünyaya münaisbəti məsələsinin müxtəlif məqamları əks olunmuşdur. Bu məsələ
dünyagörüşünün əsas məsələsidir və buna görə də fəlsəfi problemlər dünyagörüşü
anlayışı ilə sıx bağlıdır.
Dünyagörüşünün ən qədim tarixi forması mifologiyadır. Mifologiyanın əsasını
fantastik varlıqlar haqqındakı müxtəlif rəvayətlər – miflər (əsatirlər) təşkil edir. Miflərin
səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada təbiət hadisələri və cansız predmetlər
canlı varlıqlar şəklində təsvir olunurdu. «Hilozoizm» adlanan bu canlılaşdırma prinsipi
mifi yaradan ibtidai təfəkkürün xüsusiyyətlərindən irəli gəlirdi. İbtidai insanın şüuru
bütünlüklə icmadaxili həyatın xüsusiyyətləri ilə şərtlənirdi. Bu həyatın səciyyəvi
cəhətini icmada fəaliyyət növlərinə münasibətdə əmək bölgüsünün yoxluğu təşkil edirdi.
Buna görə də qəbilədaxili həyat da öz tərkib hissələrinə ayrılmayaraq, sinkretik (bütöv)
bir tam kimi mövcud idi. Özünü müstəqil şəkildə bu həyata qarşı qoya bilməyən ibtidai
ş
üurun da səciyyəvi xüsusiyyətini, bu səbəbdən, onun sinkretizmi təşkil edir.
Dünyagörüşünün digər tarixi forması dindir. Din və fəlsəfə gerçəkliyin mənəvi
mənimsənilməsinin elə formalarıdır ki, onlar hər ikisi elmi biliyin məhdudluğundan və
natamamlığından doğan ehtiyacı sanki, kompensasiya etməyə, insanın bitkin,
tamamlanmış, fəlsəfi terminlə desək, mütləq biliyə olan əzəli tələbatını ödəməyə
çalışırlar. Həm din, həm də fəlsəfə üçün mütləq biliyin mənbəyini dünyanın mütləq
başlanğıcına inam təşkil edir. Dinə görə bu mütləq başlanğıc dünyanı hər şeyə qadir
olan öz azad iradəsi ilə və möcuzə yoluyla heçdən yaradan fövqəltəbii varlıq – tək
Allahdır. Din dünyanın mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məqsədi,
insanın dünyada yeri, xeyir, şər haqqında və digər ehkamlarını Allahın kəlamları kimi
təqdim edir. Dini şüurun mövcudluq üsulu dünyanın fövqəltəbii başlanğıcına dərin
inamı ifadə edən etiqad hissidir.