E-İmza
Elektron Hökumət anlayışı ilə yanaşı işlənən Elektron imza isə qlobal aləmdə şəxsiyyəti
müəyyənləşdirmə vasitəsidir.
Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli
çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda
kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın
malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata
əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
E- imzanın tətbiqində iki açardan istifadə olunur: gizli və açıq açarlar. Belə ki,
informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk
etmir. İmza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi
imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun
müəllifliyinin həqiqiliyinə əmin ola bilər. E- imza infrastrukturunun yaradılması,
istifadəçilərin e-imza ilə təmin olunması və ümumilikdə ölkəmizdə vətəndaşların e-
hökumətin imkanlarından yararlanması məqsədi ilə bir çox layihələr uğurla həyata
keçirilir.Təhlükəsiz internetin təmin olunması Elektron Hökumət-in
başlıca inkişaf xətlərindəndir.Hər hansı bir vətəndaş e-portalda onlayn qeydiyyatdan keçə
və ya poçt şöbələrindən kod şifrə əldə edərək həm e-hökumətin imkanlarından faydalana,
həm də e-imzaya sahib ola bilər.