Baki döVLƏt universiteti



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#38263
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 13.Birinci Dünya Müharibəsi

Bolqarıstanın müharibəyə cəlb edilməsi hər iki koalisiya dövlətlərinin diplomatik-

siyasi  mübarizəsində  xüsusi  yer  tuturdu.  Lakin  Bolqarıstan  uğrunda  mübarizə  bərabər 

şəraitdə  aparılmırdı.  Çar  Ferdinand  başda  olmaqla  bolqar  hökuməti  müharibənin 

əvvəlindən Rusiya və Serbistana qarşı müharibə aparmaq haqqında Almaniya və Avstriya–

Macarıstanla  razılaşdı.  Bolqar  hökuməti  ərazisindən  həm  Almaniya  blokunun,  həm  də 

Antanta dövlətlərinin silah və sursatını buraxırdı. Almaniya və onun müttəfiqlərinə kömək 

edən  bolqar  hökuməti  eyni  zamanda  Antanta  dövlətləri  ilə  də  danışıqlar  aparırdı. 

Bolqarıstanla danışıqlar Antanta diplomatiyası üçün ağır şəraitdə keçirdi. Antanta ölkələri 

Bolqarıstanın  ehtiyaclarını  müttəfiqləri  olan  Serbistanın  və  potensial  müttəfiqləri  olan 

Rumıniya və Yunanıstanın əraziləri hesabına ödəyə bilərdilər. Bu isə Antanta ölkələrinə çox 

ağır  başa  gələrdi.  Antantadan  fərqli  olaraq  Almaniya  bloku  dövlətləri  Bolqarıstanın 

tələblərini  düşmənləri  olan  Serbistanın  hesabına  yerinə  yetirə  bilərdilər.  Ona  görə  də 

Almaniya və Avstriya–Macarıstan diplomatiyası bolqar hökumətinə geniş vədlər verirdi.  




 

 

17 



 

Rus  diplomatiyası  Bolqarıstanla  apardığı  danışıqlarda  müharibə  nəticəsində 

Serbistanın  Avstriya–Macarıstan  hesabına  geniş  ərazilər  alacağını,  buna  görə  də 

Makedoniyanı  Bolqarıstana  güzəştə  gedəcəyini  bildirdi.  Lakin  Serbistan  Makedoniyanı 

Bolqarıstana  güzəştə  getməkdən  qəti  şəkildə  imtina  etdi.  Beləliklə,  Bolqarıstanın  Antanta 

dövlətləri ilə danışıqları 1915-ci ilin yayına yaxın kəsildi.  

 

Sentyabrın  6-da  isə  Avstriya–Macarıstan,  Bolqarıstan  və  Almaniya  müttəfiqlik 



haqqında  müqavilə  bağladılar.  Beləliklə,  Osmanlı  imperiyasının  də  iştirak  etdiyi  Dördlər 

ittifaqı yarandı. Oktyabrın 14-də bolqar ordusu hərbi əməliyyatlara başladı.  

 

1915-ci  ilin  sonunda  Yunanıstanın  müharibədə  iştirakı  aktual  oldu.  Yunanıstan 



Balkanlarda  və  Kiçik  Asiyada  ərazi  iddialarını  təmin  etməyin  yolunu  Antanta  ölkələri  ilə 

müttəfiqlikdə  görürdü.  Yunanıstan  İstanbula  və  boğazlara  sahib  olmaq  ümidində  idi. 

Yunanıstanın  iddiaları  Rusiya  ilə  toqquşduğundan  ingilis  və  fransız  diplomatiyası  xeyli 

dərəcədə  ehtiyatlı  hərəkət  edirdi.  Almaniya  imperatoru  II  Vilhelmin  bacısı  ilə  evlənən 

yunan  kralı  Konstantin  Almaniyaya  meyl  etsə  də  dövlətinin  bitərəf  qalmasını  müdafiə 

edirdi.  Lakin  Venizelosun  başçılığı  altında  yunan  hökuməti  Antanta  ilə  müttəfiqliyin 

tərəfdarı idi. Belə olduqda kral Konstantin 1915-ci ilin martında Venizelosu işdən azad etdi 

və  Baş  nazirin  tərəfdarlarının  çox  olduğu  parlamenti  buraxdı.  Bundan  sonra  Venizelos 

Antanta  dövlətlərinin  köməyi  ilə  Salonikdə  öz  hökumətini  yaratdı.  Konstantin  istefaya 

getməyə  məcbur  oldu.  1917-ci  ilin  iyulunda  fransızlar  Konstantini  İsveçrəyə  apardılar. 

Onun  yerinə  kral  təyin  edilən  oğlu  Aleksandr  müttəfiqlərin  iradəsini  yerinə  yetirməyə 

başladı.  Yunanıstan  Venizelos  başda  olmaqla  birləşərək  1917-ci  ilin  sonunda  Antanta 

tərəfindən rəsmi şəkildə müharibəyə qoşuldu.  

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin