Duyğu və qavramanın pozuntuları
Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsilə əldə
edir. Duyğu orqanlarına və ya analizatorlara görmə, eşitmə, qoxu, dad orqanizmin
xaricində və daxilində yerləşən ümumi hissiyat reseptorları aiddir. Cisim və
hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn və bu cisim, yaxud
hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses
duyğu adlanır.
2
Duyğu vasitəsilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s.-
ni hiss edir. Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin
başlanğıcı, ilkin mərhələsidir.
Duyğu prosesininn pozulması nəticəsində senestopatiyalar baş verir. Bunlara
göynəmə, dartılma, təzyiq, qıdıqlama, sancma, soyuqluq və bir sıra digər
xoşagəlməyən hissələr aiddir. Senestopatiyalar əksər hallarda əzabverici və
davamlı olur. Onlar bədənin bütün sahələrində müşahidə oluna bilər.
Senestopatiyalar bir sıra hallarda ipoxondrik şikayətlərlı birlikdə təsadüf edilir.
Bu əlamətlər həm somatik, həm də psixi xəstəliklərdə, travmatik
ensefalopatiyalarda, beynin damar xəstəliklərində, nevrozlarda və s. xəstəliklərdə
rast gəlinir. Reseptor duyğu prosesinin pozuntularına sadə psixopatoloji əlamətlər
kimi təzahür edən hipersteziyalar və hiposteziyalar da aid edilməlidir.
Hipersteziya qıcıqların kəskinləşmiş (güclü) qavranılmasıdır. Adi lampa işığı
gözqamışdırıcı projektor, ətrafdakı əşyaların rəngi olduqca əlvan, səslər gurultu
kimi və s. qavranılır. Hipersteziyalar əksər hallarda somatik xəstəliklərdə,
yorğunluqla əlaqədar və nevrozlarda rast gəlinir. Bir sıra hallarda psixi
xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.
Hiposteziya – qıcıqların zəif qavranmasıdır. Belə pozuntu zamanı mühitdən
əşya və hadisələr solğun, məzmunsuz, səslər zəif, qoxular kütləşmiş qavranılır,
depressiv hallar da tez-tez rast gəlinir.
Daxili orqanlarda gedən bir sıra patoloji proseslərlə əlaqədar yaranan
parasteziyalardan senestopatiyaları fərqləndirmək lazımdır. Parasteziyalar
senestopatiyalardan fərqli olaraq müxtəlif daxili orqanlarda meydana çıxan patoloji
proseslər nəticəsində müşahidə olunur.
Duyğular əsasında yaranan mürəkkəb proseslər qavramadır. Qavrama zamanı
əşyaların həcmi, rəngi və digər xüsusiyyətləri bütövlükdə dərk olunur. Duyğu
orqanları vasitəsilə obyektiv varlığın mərkəzi sinir sistemində əks olunmasına
qavrama deyilir. Qavrama aktiv proses olub digər psixi funksiyalarla sıx
əlaqədardır. Məsələn, insanın əhvali-ruhiyyəsi, maraq dairəsi və intellektual
səviyyəsindən asılı olaraq əşya və hadisələr müxtəlif cür qavranıla bilər. Rəssam
təbiət mənzərəsini, yaşıllıqlar arasında axan çayı yüksək bədii vüsətlə, başqa birisi
həmin mənzərəni sönük, məzmunsuz qavraya bilər və ya da istirahət zamanı, yaxşı
əhvali-ruhiyyədə hər hansı bir musiqini dinləyərək ondan yüksək zövq alan şəxs
ovqatı pis, yorğun olarkən həmin musiqini qıcıqlandırıcı bi səs kimi qavraya bilər.
Qavramanın pozuntuları 4 qrupa bölünür: 1)aqioziyalar; 2) illüziyalar; 3)
hallüsinasiyalar; 4) psixosensor pozuntular.
3
Aqnoziya. Qnozis – yunan sözü olub, tanımaq (idrak), a- isə inkar
mənasındadır, yəni tanımanın pozulması deməkdir. Bu duyğu orqanlarının
anatomik və fizioloji pozuntusu ilə deyil, beyin qabığının ali inteqrativ şöbələrinin
zədələnməsi nəticəsində əmələ gəlir. Aqnoziyalar bütün duyğu orqanlarına aid ola
bilər.
Görmə (optik) aqnoziyası nisbətən tez-tez rast gəlinir. Buna “ruhi korluq” da
deyilir. Belə pozuntu zamanı xəstə hər hansı bir əşyanı baxmaqla tanıya bilmir,
lakin əli ilə toxunduqda düzgün qavraya bilir. Görmə aqnoziyası bəzən əşyalara
deyil, onların məzmununa aid ola bilər. Məsələn, xəstə hər hansı bir şəklə baxarkən
orada təsvir olunan hadisənin məzmununu başa düşə bilmir. Bəzi hərfləri tanıya
bilmədiyi üçün yazını oxuya bilmir (alepsiya). Bəzn not yazılarını (optik amuziya),
rəqəmləri, rəngləri, bir sıra hallarda isə xəstə ona yaxşı məlum olan əşyaları sanki
ilk dəfə görür.
Eşitmə aqnoziyası (buna “ruhi karlıq” da deyilir) zamanı xəstə ona tanış olan
səsləri, sözləri, musiqi melodiyalarını başa düşmür. Aqnoziyalar başlıca olaraq
beyinin orqanik pozuntularında, travmalar, şişlər, damar xəstəlikləri və s. də rast
gəlinir.
İllüziya (illusio) fransızca aldadıcı təsəvvür, yanılma deməkdir. Başqa sözlə
təhrif olunmuş qavramadır. Duyğu orqanlarına müvafiq olaraq illüziyalar beş
formaya bölünür: görmə, eşitmə, qoxu, dad və taktil illüziyalar. Bəzən illüziyalar
psixi cəhətdən sağlam adamlarda da müşahidə olunur. Belə hallarda xəstəlik
əlaməti haqqında deyil, qavramanın bu və ya başqa səbəbdən çətinləşməsi
nəticəsində və ya fiziki hadisələrdən yaranan qeyri-pataloji illüziyalar haqqında
düşünülməlidir. Məsələn, qulağı ağır eşidən və ya gözü zəif görən adamın səs və
əşyaları düzgün qavramaması, yaxud içərisində maye olan stəkana salınmış qaşığın
sınmış görünməsi və s. İllüziyalar bəzən fiziki və mənəvi yorğunluq nəticəsində də
meydana çıxa bilər.
Psixi pozuntu nəticəsində yaranan illüziyalar zamanı xəstə öz səhvini
düzəltmək iqtidarında olmur.Yanlış qavrama xəstəliyin ağırlıq dərəcəsindən və
davametmə müddətindən asılı olaraq uzunmüddətli olur. İllüziyalar düşüncə
pozuntuları ilə müşayiət olunan xəstəliklər zamanı (məsələn, yüksək temperaturla
davam edən yolxucu xəstəliklərdə, intoksikasiyalarda) daha tez-tez təsadüf olunur.
Belə hallarda illüzion pozuntu eyni zamanda bir neçə duyğu orqanını əhatə edir.
Məsələn, xəstə xəstəxana işçilərinin öz qohumlarına, müxtəlif alət və cihazları
əcayib heyvanlara bənzədir. Xəstələrin və ya tibb işçilərinin bir-biri ilə etdiyi
söhbəti onun haqqında danışıq kimi, mətbəxdən gələn qoxunu insan ətinin
4
bişirilməsindən yaranan qoxuya bənzədir və s. Duyğu orqanına məxsus illüziyalara
əlavə daha üç növ illüziyalar aid edilir: affektiv, verbal və pareydolik.
Affektiv (affektogen) illüziyalar hissiyatın güclənməsi fonunda – qorxu,
vahimə, gərgin gözləmə zamanı təsadüf olunur. Xəstə güncdə, divardan asılmış
paltonu evə girmiş oğruya, ağacın əyri budağını ona hücum etməyə hazırlaşan
zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir.
Verbal (latınca verbalis –nitq, söz deməkdir) illüziyalar zamanı xəstə ətrafdakı
adamların adi söhbətlərini onun ünvanına deyilmiş təhqir, söyüş və s. kimi
qavrayır.
Pareydolik illüziyalarda ətrafdakı obrazlar, məsələn, divandan asılmış
xalçanın naxışları, müxtəlif cizgilər, səmadakı buludlar fantastik səhnələri
xatırladan hadisələr kimi qavranılır. Bu növ illüziyalar deliriyoz halın (alkoqol
psixozu) başlanğıc fazasında rast gəlinir.
Dostları ilə paylaş: |