ZOOLOGİYA (yun. zoon - heyvan, canlı) – Heyvanlar haqqında
elm; biologiyanın bir sahəsi. Heyvanlar aləminin müxtəlifliyini, onların
quruluşunu və həyat fəaliyyətini, yayılmasını, xarici mühitlə əlaqəsini,
fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Z. insanların
təsərrüfat fəaliyyəti, Yer üzərində heyvanların qorunması və
mənimsənilməsi ilə sıx əlaqədardır. Z. tədqiqat vəzifələrinə görə bir sıra
əsas fənlərə bölünür: heyvan sistematikası, heyvan morfologiyası, hey-
van embriologiyası, heyvan ekologiyası.
Dostları ilə paylaş: |