QəRİb məMMƏdov mahmud xəLİlov


AEROSFER (aero – və yun. Spharia - kürə)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə2/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   2   3   4   5   6   7   8   9   ...   1096
 

 

 

 

© ELM, 2003 




 

 



Azərbaycanda ekologiya və təbiəti 

mühafizə elmlərinin banisi akademik 

HƏSƏN ƏLİRZA OĞLU ƏLİYEVİN xatirəsinə 

ithaf olunur. 

 

GİRİŞ 

 

İnsan özü üçün nə lazımsa təbiətdən alır: hava, su, maddi nemətlər, 



sənaye üçün xammal və s. Bu sərvətlərdən yüz illərdən bəri kortəbii isti-

fadə olunması  nəticəsində  ətraf mühit dünya miqyasında dəyişilməyə 

məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə 

daha da kəsginləşmişdir. 

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birinə  sıxı bağlı 

mexanizmlərini bilmədən, yəni ekoloji biliyə  dərindən yiyələnmədən 

təbiətdən, onun resurslarından səmərəli istifadə etmək, təbii mühiti 

həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil. 

Bu baxımdan, ekologiya elminə  tələbat və maraq günü-gündən artır. 

Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və 

mütəxəssislərin, müəssisə və dövlət rəhbərlərinin diqqət mərkəzindədir.  

Ekologiya elmi nisbətən yeni elm olub onun xüsusi sahələri sürətlə 

inkişaf etməkdədir. Məsələn: bitkilərin ekologiyası, heyvan ekologiyası, 

torpağın ekologiyası, suların, dənizlərin ekologiyası, atmosferin, 

hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin ekologiyası, 

nəqliyyatın,  şəhərlərin ekologiyası, ekoloji biologiya, sosial ekologiya 

və onun tərkibinə daxil olan insan ekologiyası, kosmik ekologiya və s. 

Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil, 

həm bütün təbiət, həm də sosial və iqtisad elmləri arasında populyar, 

tətbiqi elm sahəsinə çevrilmişdir. 

Biosfer resurslarından və planetimizin bütün təbii sərvətlərindən, 

həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması  və 

qorunması problemləri bu gün müharibə, sülh, ərzaq, ictimai və s. 

problemlərdən az əhəmiyyət daşımır. Buna görə  də ekologiya və  ətraf 

mühitin mühafizəsi qanunauyğun surətdə elmin ön sırasında durur. 

Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, 

cəmiyyətə böyük fayda verir: əhalinin ümumi güzarınının inkişafına şərait 

yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını 

alır, insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır. 

Lakin cəmiyyət sivilizasiyasının inkişafı bir sıra neqativ ekoloji 

hadisələrlə  də  nəticələnir: təbii resurslar tükənir,  ətraf mühit 

çirklənməyə  məruz qalır, antropogen təzyiqin güclənməsi ilə  təbii 

ekosistemlərin kasatlaşması (Yer üzərindən bir çox bitki və heyvan 

növlərinin sıradan çıxması ilə  əlaqədar) və deqradiasiyası  nəticəsində 

biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s. 

Bütün bu hadisələrin təzyiqi altında bəzən qlobal ekoloji böhranın, 

ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır. 

Ekologiya və  ətraf mühit haqqında olan elmlərin son tətbiqi nə-

ticələri aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağ-

lam ətraf mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq; resursların 




 

 



mühafizəsi və tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək; 

optimal və etibarlı  fəaliyyət göstərən süni (antropogen) ekosistemlər 

(xüsusilə  kənd təsərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə 

ekoloji təhsilə və əhalinin bütün təbəqələri arasında ekoloji mədəniyyətə 

yiyələnmək.  Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata 

keçirilməsi istiqamətinə yönəldilməlidir. 

Oxuculara təqdim etdiyimiz məlumat kitabına sırf ekoloji deyil, həm 

də ekologiya ilə bağlı olan müxtəlif təbiət elmlərinə aid termin və 

anlayışlar daxil edilmişdir. 

Məlum olduğu kimi, bütün orqanizmləri, o cümlədən, insanı  əhatə 

edən mühit fiziki, kimyəvi və antropogen komponentlərin vəhdətindən 

ibarətdir. Buna görə də kitabda verilən geokimya, coğrafiya, geologiya, 

fizika, kimya, kənd təsərrüfatı, biologiya və digər elmlərə aid termin və 

anlayışlar konkret halda ekoloji kontekstdə izah olunmuşdur. 

Məluma kitabına aşağıdakı mövzular daxil edilmişdir: geosistemin 

və geosferin (atmosfer, biosfer, hidrosfer, litosfer) quruluşu; həyat 

mühiti elementləri və faktorları; orqanizmlərin ekoloji modifikasiyası; 

orqanizmlərin arealları; fərd, populyasiya və qruplaşmalarda gedən 

proseslər; həyat mühitinin genetik-evolyusiya aspektləri; insanla ətraf 

mühit və insanla bitki, heyvanat aləmi arasındakı qarşılıqlı  əlaqələr; 

ekosistemlərin təbii və antropogen dinamikası; xüsusi mühafizə olunan 

təbii ərazilər və obyektlər; təbiəti mühafizə tədbirləri; pestisidlər və ətraf 

mühitin antropogen çirklənməsi ilə əlaqədar problemlər; təbii resursların 

istifadəsi və  bərpa olunması üzrə  əsas tədbirlər; canlı  təbiətin 

mühafizəsinə yaxın olan əsas bilik sahələri. 

Ekoloqların məlumat kitabının tərtibində göstərilən mövzular üzrə 

MDB dövlətlərində  və xaricdə  nəşr olunmuş bir çox mövcud xüsusi 

lüğət və ensiklopediyalardan istifadə edilmişdir. 

Kitabdakı termin və ifadələrin izahı respublikamızın  ərazisində baş 

verən ekoloji proseslər və təbiəti mühafizə məsələləri ilə zənginləşdiril-

mişdir. 

Hazırda respublikamızda ekoloji mühitin pozulması ilə  əlaqədar 

meşələrin, çəmənlərin kənd təsərrüfatına yararlı torpaqların azalması, 

bəzi yerlərdə tamamilə sıradan çıxarılması, ətraf mühitin, Kür, Araz və 

digər çayların, torpağın, havanın çirklənməsi, bir sıra bitki və heyvan 

növlərinin məhv edilməsi ekologiya  və təbiəti mühafizə istiqamətində 

geniş izahlı məlumat kitabına ehtiyac olduğunu sübut edir. 

Məlumat kitabının bu nəşrinə 600-dən artıq termin və anlayışlar, (o 

cümlədən sosial-ekoloji) əlavə edilmiş, 1000-ə yaxın ekoloji terminin 

kökü, mənşəyi  əsasən (yunan, latın, qismən ingilis, alman, fransız, 

italyan, ispan) göstərilmişdir. Məlumat kitabı illüstrasiya materialları ilə 

zənginləşdirilmişdir. Akademik Həsən  Əliyevin Həyəcan təbili 

kitabındakı rəngli şəkillərdən də istifadə edilmişdir. 

Geniş oxucu kütləsinin ekoloqların məlumat kitabına verəcək məslə-

hətlər və ya iradlara görə müəlliflər əvvəlcədən öz təşəkkürünü bildirir. 

 



 

 



 

MÜNDƏRİCAT 

 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin