ADAPTASİYA SİNDROMU – orqanizmin xarici faktorların stres
təsirinə reaksiyasını səciyyələndirən ümumi dəyişikliklərin məcmusu,
bax. stres.
ADAPTİV SİSTEM – ətraf mühitin dəyişilmiş şəraitinə
uyğunlaşmağa qabil olan sistem.
ADAPTOGENLƏR – sağlamlar üçün dərmanlar-adaptasiya
xassələri daşıyan təbii dərman bitkiləri: yuxunu normaya salır, həyat
tonusunu canlandırır, ekstremal şəraitdə iş qabiliyyətini artırır, infek-
siyaya qarşı davamlılığı yüksəldir, emosional (stres) yükün qarşısını alır.
A.-dən aşağıdakıları göstərmək olar: uzaq şərq jenşeni, çin limonniki
(şizandra), eleuterokokku və s. Amerikanın herbalayf (Nervalife) firma-
sının hazırladığı «Kişi faktoru”» və «şizandra»” preparatlarının
hazırlanmasında bu bitkilərdən istifadə edilmişdir.
ADRENALİN – böyrəküstü vəzinin hormonu, oksigendən istifadəni
və arterial təzyiqi yüksəldir, maddələr mübadiləsini stimullaşdırır.
ADSORBSİYA – qaz və ya məhluldan hər hansı maddənin maye və
ya bərk cismin (adsorbentlərin) səth təbəqəsi ilə udulması prosesi. Ha-
vaya qarışmış xlor qazını aktiv kömürün udması A.-ya misal ola bilər.
A. dərəcəsi götürülən adsorbentin xassələrindən, A. edilən maddənin
təbiətindən və temperaturundan asılıdır. Temp-r yüksəldikcə A.
zəifləyir. A. hava və qazların təmizlənməsində (məs. əleyhqazda), tez
uçan məhsulların (benzin, efir, ətriyyat) udulmasında, bioloji aktiv
maddələrin (vitamin, ferment, antibiotik və s.) alınması və təmizlənmə-
sində, poliqrafiya, radioelektronika və s-də tətbiq olunur. A. hadisəsi
8
təbiətdə geniş yayılmışdır.
Dostları ilə paylaş: |