AEROZOL ÇİRKLƏNMƏ – havanın xırda dispers maye və bərk
maddələrlə çirklənməsi.
AEROZOL KATASTROF (FƏLAKƏT) – təbii (məs., vulkan
püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində
aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zo-
nasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer sət-
hinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin
(havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanla-
rın, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. A.k.
şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi
olarsa da baş verə bilər.
AFİLAKTİK RƏNG – heyvanlarda (quş, həşərat, balıq və s.) bəzək
vəzifəsini görən rənglər.
Dostları ilə paylaş: |