AEROZOL (aero ...və – alm. Solum - kolloid məhlulu) – qaz
mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye
hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava,
tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. A.-lar təbiətdə və insan
həyatında müsbət rol oynayır. Buludlar təbiətdə su dövranını təmin edir.
Bitkilərin çoxu çiçək tozcuqlarının A.-u ilə tozlanır, duru yanacaqlar və
bərk yanacaqların çoxu A. şəklində yandırılır, bitki ziyanvericilərinə
qarşı kimyəvi A-larla mübarizə aparılır.
Radioaktiv maddələr, silisium 4-oksid, alüminum oksid, qurğuşun,
xrom tozu və s. ilə qarışıq texniki aerozollar çox ziyanlı olub ağır
xəstəliklərə səbəb olur. Öskürmə və asqırma zamanı əmələ gələn
bakteriyalı A.-lar yoluxucu xəstəliklərin, o cümlədən qripin yayılmasına
səbəb ola bilər.
Dostları ilə paylaş: |