AEROŞƏKİLLƏRİN DEŞİFRLƏNMƏSİ – aeroşəkil əsasında
Yer səthinin öyrənilməsi üsullarından biri. A.d-də rəngli aerofotoşəkil,
zərrəbin, parallaktik xətkeş, stereoskop və s-dən istifadə edilir. Topoqra-
fik deşifrləşdirmə aerofotoşəkildəki sahənin təfsilatı (bitki örtüyü, hi-
droqrafiya, yaşayış məntəqələri, yollar, sərhədlər və s.) və relyefi ayırd
edilib topoqrafik xəritədə göstərilir. Xüsusi deşifrləşdirmə isə geoloji,
hidroloji, torpaqşünaslıq və s. məqsədlər üçün aparılır. Geoloji deşifrləş-
dirmədə aerofotoşəkildə əks olunmuş geoloji obyekt, süxur, faydalı
qazıntı və b. geoloji xüsusiyyətlər ayırd edilir.
Dostları ilə paylaş: |