AĞ YAĞIŞ – Qısa müddət ərzində yağan şiddətli yağış. A.y. ən çox
yayın əvvəllərində yağır. A.y. yağan zaman qismən buludsuz
göydənsaçan günəş şüaları onun dənələrini şəffaf göstərdiyi üçün, ona
A.y. adı verilib.
AĞ YEL – quru və isti külək. Yer kürəsinin quraq rayonlarında ilin
isti dövründə müşahidə olunur. Azərbaycanda, əsasən, Kür-Araz
ovalığında, Naxçıvan Muxtar respublikasında (hündürlüyü 1500 m-ə
qədər olan yerlərdə), Böyük və Kiçik Qafqazın dağətəyi hissəsində şərq
və cənub-şərq istiqamətində (sürəti bəzən 10 m/san və daha çox olur)
əsir, çox vaxt özü ilə quru çən gətirir. A.y. zamanı havanın temperaturu
bəzən birdən-birə 40-42
0
C-yə qalxır, nisbi rütubətlik isə 10-30
%-ə enir.
A.y. bitkilər üçün zərərlidir; onların inkişafını zəiflədir və bəzən məhv
edir. A.Y-ə qarşı əsas mübarizə vasitəsi tarlaqoruyucu meşələrin
salınması və aqrotexniki tədbirlərin aparılması hesab olunur.
AĞAC – qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitki. Den-
drologiyada ağaclar boylarına görə aşağıdakı təsnifata bölünür: Hündür
ağaclar-hündürlüyü 20 m-dən çox. Bura meşəəmələgətirən ağaclar dax-
ildir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın, qovaq, göyrüş, qoz, şabalıd),
ortaboylu ağaclar – boyu 10-20 m. (quşarmudu, söyüd, çöl ağcaqayını),
alçaqboylu ağaclar – boyu 7-10 m. (alma, yemişan, ardıc). Dünyada ən
hündür ağac olan Avstraliya evkalipti və kaliforniya sekvoyası 140-150
m-dək ucalır. Müxtəlif ağacların diametri 12 sm-dən 160 sm-ə qədər
dəyişir. Ən yoğun gövdəli ağac Afrika baobabıdır (diametri 14 m-ə
çatır). Yetgin meşə ağaclarının yaşı 120-160 ildir. Respublikamızda yaşı
1000 ili ötən yoğun gövdəli çinar, palıd, azatağac və qaraçöhrə ağacları
mövcuddur.
AĞAC CİNSLƏRİ – ağac bitkilərinin cins və növləri. A.c.
iynəyarpaqlı (şam, küknar, ardıc və s.) və yarpaqlı (palıd, fıstıq, vələs,
cökə, ağcaqayın, qoz, şabalıd, qovaq, qarağac və s.) ağaclara bölünür.
Təsərrüfat əhəmiyyətinə görə meşə, meşə – meliorativ, dekorativ və
meyvə verən ağac cinsləri var. A.c.-nin işığa, istiliyə və su rejiminə
tələbatı müxtəlifdir. A.c. toxumla, pöhrə verməklə və kök biclərilə ço-
xalır. Meşəçilikdə əsas A.c. (palıd, fıstıq, cökə və s.), ikinci dərəcəli A.c.
12
(çöl ağcaqayını, toz, titrək qovaq və s.), meyvəçilikdə isə tumlu (alma,
armud), çəyirdəkli (gavalı. albalı), qərzəkli (püstə, badam, qoz, şabalıd,
fıstıq). A.c. ayırırlar.
AĞAC KÖMÜRÜ – A.k. böyük məsaməliyə, inkişaf etmiş səthə
malikdir, ona görə də qaz və mayedə həll olan bəzi maddələri udmaq
(adsorbsiya etmək) qabiliyyətinə malikdir. A.k.-nün sıxlığı vahiddən
yüksək olub 1.25 q/sm
3
–a yaxındır.
Dostları ilə paylaş: |