QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə247/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   243   244   245   246   247   248   249   250   ...   1096
DÜZƏN MEŞƏLƏRİ  –  İqlim və meşəbitmə  şəraitini, həmçinin 

meşə örtüyünün xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan respublikası 

ərazisində düzən meşləri aşağıdakı  təsnifata bölünür (Əliyev, Xəlilov, 

1988): 


1. Rütubətli subtropik düzən meşələri (Lənkəran ovalığında). 

2. Yarımrütubətli subtropik düzən meşəsi (Qanıx-Həftaran vadisi). 

3. Dəniz iqliminin düzən meşəsi (Samur-Dəvəçi düzənliyi, Yalama 

meşəsi). 

4. Quru isti iqlimin düzən meşəsi (Kür-Araz ovalığında). 

5. Tuqay meşələri (Kürqırağı, Arazqırağı zona). 

Rütubətli subtropik düzən meşələrində  şabalıdyarpaq palıd, 

dəmirağac, qızılağac, xəzər lələyi, yalanqoz, məxməri ağcaqayın, 

azatağac bitir. 

Yarımrütubətli subtropik düzən meşəsində uzunsaplaq palıd, 

qızılağac, yalanqoz, ağyarpaq qovaq, adi qoz, vələs bitir. 

Dəniz iqlimi şəraitində düzən meşələri Samur-Dəvəçi düzənliyində 

(Yalama meşəsi) yayılmışdır. Bu meşələrdə uzunsaplaq palıd, iberiya 

palıdı, qafqaz vələsi, qarağac, ağyarpaq qovaq üstünlük təşkil edir. 

Fıstığa (bir yerdə), Sosnovski qovağına da rast gəlinir. 

Quru isti iqlim şəraitində meşənin qalıqlarına Qarabağ düzündə (Sul-

tanbud meşəsi) rast gəlinir. Bu meşələrdə əsas ağac cinsləri saqqızağac, 

uzunsaplaq palıd və qarağac sayılır. 

Tuqay meşələrində  ağyarpaq qovaq, söyüd, uzunsaplaq palıd, 

qarağac, saqqızağac, tut ağacı bitir. 



DÜZƏNLİK – Qurunun hamar, alçaq-hündürlük fərqləri az olan 

sahəsi: Dəniz səviyyəsindən aşağı (məs. Xəzəryanı) və ya 200 m-ə 




 

113 


 

qədər hündürlükdə yerləşən D.-ə ovalıq, 200-500 m hündürlükdə 

yerləşən D.-lər yüksəklik, 500 m-dən yuxarı hündürlükdə olan yayla 

adlanır. Morfologiyasına görə D.-lər müxtəlifdir. Mailliyi olmayan və 

ya azacıq mail olan D.-ə üfiqi D. deyilir; bir tərəfə xeyli meylli olan D. 

mail D. meyli hər tərəfdən mərkəzə olan D. batıq D., mərkəzi hissəsində 

kənarlarına doğru meylli olan D. qabarıq D. adlanır. Mənşəyinə görə də 

D-lər müxtəlif olur: 1) Allüvial D.-lər (və ya ovalıqlar) – çayların ak-

kumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. (məs. Kür-Araz ovalığı). 

2)  İlk D.-lər epeyrogenik hərəkət nəticəsində  dəniz dibinin 

qalxmasından əmələ gəlmişdir. (məs. Qərbi-Sibir ovalığı). 

3) Flüvioqlyasial D.-lər həm dördüncü dövrdə, həm də müasir 

dövrdə buzlaqların əriməsindən hasil olan suyun apardığı və buzlaqdan 

uzaqda-dağ  ətəklərində çökdürdüyü süxur qırıntılarından  əmələ  gəlir 

(Qusar mail D.). 

4) Göl D-ri gölün dibini lil basıb doldurması nəticəsində əmələ gəlir. 

5) Hündür olan dağlıq sahələrdə arid iqlim şəraitində bir tərəfdən fi-

ziki aşınma məhsullarının çökək yerləri doldurması, digər tərəfdən 

həmin aşınma nəticəsində hamarlanan və alçalan sahələrdə D.lər əmələ 

gəlir ki, bunlara plato və ya yayla deyilir. 

6) Vulkanik yayla – yer qabığının yarıqlarından maqmanın-lavanın 

çıxıb geniş sahədə relyefin alçaq yerlərini doldurması nəticəsində əmələ 

gəlmişdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin