MƏİŞƏT TULLANTILARININ İSTİFADƏSİ – tullantıların
tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü-
şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən
enerji və xammaldan tikinti materialları, kompost və s . istehsal
olunması.
MƏMƏLİLƏR (Mammalia) – Xordalılar tipindən daha yüksək
inkişaf etmiş heyvan sinfi. M.-ə hər yerdə rast gəlmək olar. Bəzi M.
(canavar), heyvandarlığa, bir çox növləri (gəmiricilər) kənd təsərrüfatı
bitkilərinə, əsasən taxıla və çəmənlərə ciddi zərər vurur. İnsanın
bilavasitə təqibi və təbii şəraitin dəyişilməsi M.-in bir çox növünün
sürətlə azalmasına səbəb olmuş, xeyli hissəsi isə (iri balinalar, pələng,
lemurlar və s.) məhv olmaq təhlükəsi altında qalmışdır. Son yüz ildə bir
çox növlər (Steller inəyi, kisəli canavar) tamamilə məhv olmuşdur.
Beynəlxalq təbiəti Mühafizə İttifaqının məlumatına görə 300-dək növ və
yarımnöv nəsli kəsilmək təhlükəsi altındadır. Zoologiyanın M.-i
öyrənən bölməsi teriologiya adlanır.
Dostları ilə paylaş: |