STİQOBİONTLAR (yun. Styx – yeraltı çayın adı) – yalnız yeraltı
sularda yaşayan heyvanlar. S.-rə mağara sularında daim yaşayanlar-ali
növlərin çoxu (amfipodlar, izopodlar) və ibtidailər (ostrakodlar, kope-
podlar), xərçəngkimilər, bəzi malyusk və balıq növləri aiddir.
STİQOFİLLƏR – yeraltı sularda yaşayan, həm də yerüstü sularda
yaşamağa qabil olan heyvanlar.
STİMULLAŞMA (ekologiyada) – digər növ fərdlərinin boy və
inkişafına metabolitlərin təsirinin güclənməsi.
STRATOBİONTLAR – meşə döşənəyində yaşayan orqanizmlər.
STRATOPAUZA (lat. stratum – qat və yun. pausis - dayanacaq) –
stratosfer və mezosfer arasında 50-55 km yüksəklikdə atmosferin sərhəd
qatı.
STRATOSFER (lat. stratum – qat və yun. spharia – kürə, sfer) –
atmosferin troposfer ilə mezosfer arasında təbəqəsi: 8-16 km-dən 45-55
km-dək yüksəklikdə yerləşir. S.-də su buxarı azdır. Hündürlük artdıqca
ozonun miqdarı çoxalır: maks. hissəsi 2-30 km hündürlükdədir. S. üçün
buludların olmaması, böyük sürətli (60-100 m/san) küləklər və şırnaqlı
axınlar xarakterdir.
Dostları ilə paylaş: |