TALASSOFİL ORQANİZMLƏR (yun. thalassa - dəniz) – yalnız
dəniz və okeanlarda yaşayan orqanizmlər (kitlər, delfinlər, dəniz kirpisi,
bir çox balıqlar, akula və s.).
TALLOFİTLƏR – tallomlu və ya ibtidai bitkilər (bakteriyalar, yo-
sunlar, göbələklər, şibyələr).
TAM SAKİTLİK ZONASI – qoruğun daxilində təbii proseslərə
insanın istənilən müdaxiləsi qadağan olunan ərazi (zona).
TAM SIRADAN ÇIXMIŞ (DÖYƏNƏK) OTLAQ (SBOY) –
Həddən artıq tapdanmış otlaq: ot örtüyü tamamilə məhv edilmişdir
(dağılmışdır). Fitomeliorasiya yolu ilə bərpası tələb olunur.
TANATOZ (yun. thanatos - ölüm) – bəzi heyvanların (adətən
həşəratların) özünü ölülüyə vurmaq qabiliyyəti ilə qoruyucu reaksiyası.
TANATOLOGİYA – ölüm problemlərinin bioloji və fəlsəfi
aspektlərini öyrənən elm.
Dostları ilə paylaş: |