TƏBİİ-ANTROPOGEN MÜVAZİNƏT (TARAZLIQ) –
mühityaradan komponentlərin və proseslərin balansının insan tərəfindən
dəyişdirilməsi əsasında əmələ gələn törəmə ekoloji müvazinət.
TƏBİİ-ANTROPOGEN ŞƏRAİT – təbii şəraitin və insan
fəaliyyətinin inteqrasiyası. Təbiətdən səmərəli istifadə, ətraf mühitin
çirklənmədən uğurlu mühafizəsi belə inteqrasiyanın optimallaşdırılması
əsasında aparılmışdır.
TƏBİİ BİTKİ ÖRTÜYÜ – insanın bilavasitə və vasitəli təsiri
olmadan formalaşan təbii bitki qruplaşmaları.
TƏBİİ ÇİRKLƏNDİRİCİ – insan fəaliyyəti ilə əlaqədar olmayan,
yəni təbii mənşəli çirkləndirici.
TƏBİİ ÇİRKLƏNMƏ – təbii, fəlakətli proseslər (məs. güclü vulkan
püskürməsi) nəticəsində baş verən çirklənmə.
TƏBİİ EHTİYATLAR – Bəşəriyyətin varlığı üçün zəruri olan və
təsərrüfatda istifadə edilən təbiət elementləri. Günəş enerjisi, Yerin
daxili istiliyi, su, torpaq və mineral ehtiyatları, bitki örtüyü, heyvanat
aləmi, iqlim (istilik, yağıntı, küləyin gücü) T.e.-ın əsas növləri sayılır.
T.e. maddi istehsal sahələrində (energetika, sənaye, kənd təsərrüfatı və
təsərrüfatın digər sahələri) və qeyri maddi istehsal sahələrində (məs.
istirahət məqsədi ilə) istifadə olunan növlərə ayrılır. Aşkar edilən, lakin
hələlik istifadə olunmayan T.e. potensial T.e. sayılır. İnsan cəmiyyətinin
təbii ehtiyatlarla təmin olunması ən mühüm problemlərdən biridir.
Dostları ilə paylaş: |