TƏKAMÜL REAKSİYALARI – daha çox uyğunlaşan fərdlərin
təbii seçilməsi yolu ilə uzun dövr ərzində populyasiyanın ətraf mühitə
dəyişən reaksiyası.
TƏLƏ – xəzli vəhşi heyvanların (canavar, ayı, tülkü, pələng və s.),
həmçinin kənd təsərrüfatı zərərvericilərinin ( sünbülqıran, dağ siçanları
və s.) tutulması və ovlanmasında istifadə edilən alət. Ovçuluqla əlaqədar
Daş dövründə meydana gəlmişdir.Müxtəlif növləri var. Ağac və ya
dəmirdən düzəldilir.
TƏLƏ YEMİ – zərərverici gəmiriciləri və həşəratları məhv etmək
məqsədilə onları cəlb etmək üçün işlədilən maddələr. T.y. yüksək
dərəcədə zəhərli olur.
Dostları ilə paylaş: |