Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


III fəsil. Dövlət baytarlıq nəzarəti



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix25.12.2016
ölçüsü0,67 Mb.
#3170
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
III fəsil. Dövlət baytarlıq nəzarəti 

Maddə 11. Dövlət baytarlıq nəzarətinin əhatə dairəsi  

11.1. Dövlət baytarlıq nəzarəti hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin icra 

edilməsinə dair 

müvafiq icra hakimiyyəti orqanının

 həyata keçirdiyi hüquqi, iqtisadi və təşkilati 

tədbirlərin məcmusudur. 

11.2. Dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 

11.2.1. hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin tələblərinə əməl olunmasını; 

11.2.2. baytarlıq tədbirlərinin təşkili və onların yerinə yetirilməsini; 

11.2.3. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin 

törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq üçün baytarlıq tədbirlərinin öz səlahiyyətləri 

daxilində təşkilini və həyata keçirilməsini; 

11.2.4. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı 

müəssisələrində, həmçinin daşınması zamanı baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və 

normativlərinə əməl edilməsini; 




11.2.5. dövlət baytarlıq nəzarəti obyektlərinin və baytarlıq (baytarlıq- sanitariya) vəziyyətinin 

təhlükəsizliyinə nəzarət edilməsini, heyvan xəstəliklərinin baş vermə və yayılma səbəblərinin və 

şəraitinin aydınlaşdırılmasını, xəstəliklərin qarşısının alınmasını və ləğvi üçün icrası məcburi olan 

baytarlıq tədbirlərinin müəyyən edilməsini və həyata keçirilməsini; 

11.2.6. büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə 

alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini; 

11.2.7. müəyyən edilmiş qaydada baytarlıq uçotu və hesabatının aparılmasını və onların təqdim 

edilməsini; 

11.2.8. baytarlıq qanunvericiliyinin pozulmasına görə 

Azərbaycan Respublikasının İnzibati Xətalar 

Məcəlləsində

 nəzərdə tutulmuş hallarda və qaydada inzibati xətalara dair işlərə baxılmasını, 

təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların aidiyyəti orqanlara 

göndərilməsini. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin