V fəsil. Qeyri-dövlət baytarlıq xidməti
Maddə 27. Qeyri-dövlət baytarlıq xidmətinin quruluşu
27.1. Qeyri-dövlət baytarlıq xidmətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baytarlıq sahəsində
sahibkarlıq fəaliyyəti göstərən özəl baytarlıq təbabəti və əczaçılığı müəssisələri, hüquqi şəxs yaratmadan
fərdi baytarlıq təbabəti praktikası və baytarlıq əczaçılığı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər daxildir.
27.2. Qeyri-dövlət baytarlıq xidməti dövlət baytarlıq nəzarəti funksiyalarını yerinə yetirə bilməz.
Dostları ilə paylaş: |