39.1.2.
müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi siyahı üzrə heyvanların xüsusi təhlükəli
xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi üçün lazım olan epizootiya əleyhinə xərclər, dövlət
sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası, baytarlıq preparatlarının
ehtiyatının yaradılması və saxlanılması xərcləri;
39.1.3.
müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi siyahıya uyğun olaraq heyvanların və əhalinin
sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın
götürülməsi və məhv edilməsi xərcləri;
39.1.4.
müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi xüsusi təhlükəli yoluxucu xəstəliklərə yoluxmuş
heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi ilə əlaqədar onların
sahiblərinə dəyən zərərin ödənilməsi;
39.1.5. baytarlığın elmi təminatı;
39.1.6. Milli Kolleksiyada saxlanılan mikroorqanizmlərin, parazitar xəstəliklərin törədiciləri və
keçiricilərinin ştammlarının saxlanma xərcləri;
39.1.7. Azərbaycan Respublikasının üzvü olduğu baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatlara
üzvlük haqqının ödənilməsi xərcləri;
39.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan və həyata keçirilən digər baytarlıq
tədbirlərinin xərcləri.
39.2.
Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və şərtlərlə dövlət baytarlıq nəzarəti
vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına aşağıdakı tədbirləri maliyyələşdirir:
39.2.1. ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatları, yem və yem əlavələrinin istifadə
üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı, ekspertizası, qeydə alınması və
nəzarət xərcləri;
39.2.2. heyvanların, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət baytarlıq nəzarətində olan yüklərin
istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji
preparatlar istehsalı obyektlərinin identikləşdirilməsi (kodlaşdırılması) xərcləri;
39.2.3. heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası (məcburi
dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat
vasitələrinin dezinfeksiyası istisna olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq
(baytarlıq-sanitariya) ekspertizası xərcləri;
39.2.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş xüsusi təhlükəli heyvan
xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası,
diaqnostikası, müalicəsi və ləğvi xərcləri;
39.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baytarlıq sənədlərinin
verilməsi xərcləri.
39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin
verilməsi üçün dövlət rüsumu ödənilir.
Dostları ilə paylaş: