51
Elmi-praktik jurnal
bAyTArlıq
ləri başladı. Belə ki, siçanlar bir-birinə hü-
cüm çəkir və biri digərini yaralayırdı. Təc-
rübənin 4-5-ci günləri siçanlarda süstlük
əlamətləri müşahidə olundu. Yeddinci gün
2 ədəd, 9-cu gün isə 1 ədəd siçan öldü. İki
ədəd siçan isə 11-12-ci günlərədək salamat
qalıb, verilən yemi qəbul edirdilər.
Aparılan təcrübə və müşahidələrin
nəticə ləri göstərir ki, ən yaxşı ratindisid
təsirə malik “SB” preparatıdır. Bunu nəzərə
alaraq “SB” preparatının müxtəlif laborator
heyvanları üzərində digər toksiki xüsusiy-
yətləri öyrənildi. Bu məqsədlə, preparatın
onların dərisinə allerji təsiri öyrənildi, hər
biri 2,0 kq çəkidə olan 6 dovşan və 200 q
çəkidə olan 10 ədəd ağ siçovul götü rüldü.
Laborator heyvanlar təcrübəyə qoyul -
mazdan qabaq 7 gün karantində saxlanıldı.
“SB” pre pa ratının dovşanların dərisinə
təsirini öyrən mək üçün onların bel
nahiyəsində 5×5 sm
2
ölcüdə tükdən
təmizləndi. Təcrübəyə başlamazdan əvvəl
dovşanların qulaq venasından qan alınaraq
trombositlərin miqdarı təyin edildi. Sonra
“SB” preparatından günəba xan yağı ilə sus-
penziya hazırlandı və 1 ml miqdarında 3
gün ardıcıl olaraq dovşanların qırxılmış dəri
nahiyəsinə sürtüldü. Təcrü bənin 1,3,5 və
10-cu günləri dovşanlardan qan alınaraq
trombositlərin miqdarı yenidən müəy yən
edildi. Məlum oldu ki, “SB” preparatı dov-
şanların dərisindən sorulma xüsu siyyətinə
malik deyildir. Qanda trombosit lərin miqda-
rında elə bir nəzərəçarpan dəyişikliklər mü-
şa hidə olunmadı.
Təcrübənin sonunda dovşan lar kəsilə rək,
daxili orqanlarında patoloji-anatomik dəyi-
şikliklər müayi nədən keçirildi. Dəridə və
daxili orqanlarda heç bir patoloji dəyişik-
liklər müşahidə olunmadı.
Sonra “SB” preparatından hazırlanmış
suspenziyadan 3 ədəd ağ siçovulun gözlə-
rinə bir damla, nəzarət qrupunda olan 2
ədəd siçovulun gözlərinə isə adi günəbaxan
yağı damız dırıldı. Suspenziya töküldükdən
10-15 dəqiqə sonra sıcovulların gözlərində
qıcıqlanma əlamətləri göründü. Lakin bir-
neçə saatdan sonra siçovulların gözlərində
allergiyaya xas olan əlamətlər görünmədi.
Beləliklə müəyyən edildi ki,“SB” pre-
paratının güclü zəhərləyici xassəsinə
baxmaya raq o, dəridən sorulmur, dəridə
və göz qişasında allerji təsirə malik deyil-
dir. Təsərrüfat şəraitində kumarin tərkibli
“SB” preparatı ilə hazırlamış yemə cirə,
digərlərinə isə pişikotu cövhəri əlavə
edəcək, Abşeron rayonun Giləzi, Buzovna
quşçuluq və “Cavid” MMC damazlıq və
kəndli-fermer təsərrüfatlarında onlarla dera-
tizasiya tədbirləri aparılmışdır.
Beləliklə aparılan təcrübələrin nəticələri
əsas verir ki, kumarin tərkibli “SB” pre-
paratından hazırlanmış aldadıcı yemə
cəlbedici cirə yağı və ya pişikotu cövhəri
əlavə etməklə deratizasiya tədbirinin həyata
keçirilməsi məqsədəuyğundur.
Tədqiqatların nəticəsi olaraq aldadıcı
yemlərin deratizasiya məqsədilə aşağıdakı
tərkibdə işlədilməsini təklif edilir:
1. Bir kiloqram təmiz buğdaya 25 q
“SB” preparatı, 50 q bitki yağı (yaxşı olar
ki, günəbaxan yağı işlədilsin), suspenziya
əmələ gələnə kimi qarışdırılır, sonra üzərinə
5-6 damcı cirə və yaxud 10-15 damcı vale-
rian cövhəri əlavə edilir və yenidən yaxşı
qarışdırılır. 20-30 dəqiqədən sonra hazır-
lanmış dərmandan 2-3 xörək qaşığı siçovul
yuvalarına tökülür. Tədbir 3 gün dalbadal
təkrar edilir. Deratizasiya aparılmış sahə
7-10 gün nəzarətdə saxlanılır. Məhv olan si-
çovullar yığılaraq yandırılır.
2. Toyuq saxlanan sexlərdə siçovlları
məhv etmək üçün 2-3 ədəd bişmiş yumurta
əzilərək bir kiloqram buğdaya qarışdırılır.
25 q “SB” preparatından götürüb 60 q
günəbaxan yağı ilə suspenziya hazırlanır.
Sonra bunların hamısı bir yerdə qarışdırılır
və 30-45 də qiqədən sonra istifadə olunur.