bAyTArlıq
Elmi-praktik jurnal
60
Tətbiqi və işlədilmə qaydası. Klozan-
tin inyeksiya məhlulu aşağıdakı parazitar
xəstəliklərin müalicə və profilaktikası məq-
sədi ilə tətbiq edilir:
iri buynuzlu heyvanlarda: hemonxoz,
ezofaqostomoz, bunostomoz, trixostrongi-
lyoz, ostertagioz və
hipodermatoz zamanı;
davarlarda: hemonxoz, nematodiroz,
trixostrongilyoz, xabertioz, bunostomoz,
ezofaqostomoz və
estroz zamanı.
Preparat iri buynuzlu heyvanlara əzələ
içərisinə və dəri altına, davarlara isə yalnız
dəri altına, aseptika və antiseptika qayda-
larına əməl edilməklə bir dəfə vurulur.
Əgər bir dəfəyə inyeksiya ediləcək doza
10 ml-dən çox olarsa, ağrı reaksiyasının
olmaması üçün onu bölüşdürərək 2-3 yer-
dən vurmaq lazımdır.
Preparat cədvəl 2 və cədvəl 3-də (səh.
59) göstərildiyi qaydada dozalaşdırılmalıdır:
Preparatı kütləvi tətbiq etməzdən qabaq
onun hər bir seriyasını 5-7 baş az dəyərli
heyvanlardan ibarət kiçik qrup üzərində
tətbiq edərək, sınaqdan keçirmək lazımdır.
3 gün ərzində heyvanlarda heç bir fəsad
müşahidə edilməzsə preparat kütləvi tətbiq
üçün istifadə edilə bilər.
Preparat mədə-bağırsaq nematodları-
nın müalicəsi məqsədi ilə göstəriş olduqda,
profilaktika məqsədi ilə heyvanları tövlə
və otlaq şəraitinə keçirməzdən qabaq tətbiq
edilməlidir. Mozalan invaziyalarına qarşı
preparatla işləmə mozalanın uçuşu dayan-
dıqdan dərhal sonra aparılmalıdır.
Preparatın sağmal, zəif, arıq və infek-
sion xəstəliklərlə yoluxmuş heyvanlarda,
inək və ana qoyunlarda doğuşdan 30 gün
əvvəl və doğumdan keçməmiş tətbiqinə
icazə verilmir. Klozantelin inyeksiya məh-
lulunun xlorüzvü və fosforüzvü insekto-
akarisid preparatlarla eyni zamanda tətbiq
edilməsi məsləhət görülmür.
Heyvanların ətlik məqsədlə kəsilməsinə,
preparat tətbiq edildiyi vaxtdan 28 gün
sonra icazə verilə bilər. Bundan tez məc-
buriyyət qarşısında kəsilmiş heyvanın əti
vəhşi heyvanların yemləndirilməsi və ət-
sümük ununun hazırlanması üçün istifadə
edilə bilər.
Preparatla işləyərkən ümumi təhlükəsiz-
lik və şəxsi gigiyena qaydalarına əməl
etmək lazımdır.
Klozantin təsadüfən dəri üzərinə düşərsə
onu sabun və su ilə, gözə düşərsə çoxlu su
ilə yaxşı yumaq lazımdır, həzm yollarına
düşərsə tibb həkiminə müraciət edilməlidir.
Boşalmış preparat flakonlarının məişət
ehtiyacları üçün istifadə edilməsi qada-
ğandır. Onlar polietilen kisələrə yığılaraq
utilləşdirilməlidir.
Nəqliyyat vasitələrinin və iş yerlərinin
preparatlarla çirklənən sahələri 5 %-li nat-
rium hidroksid məhlulu ilə neytrallaşdırıl-
malıdır. Klozantin inyeksiya məhlulu 50 və
100 ml-lik tünd rəngli şüşə flakonlarda və
100 ml-lik polimer flakonlarda buraxılır.
Preparat istehsalçı qablaşmasında, quru
və qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə,
ərzaq məhsullarından və yemlərdən aralı,
5-25˚C – temperatur şəraitində saxlanmalıdır.
Klozantin 5 və 10 %-li inyeksiya
məhlulu istehsalçı qablaşmasında, tələb olu-
nan şəraitdə saxlandıqda, yararlıq müddəti
3, Klozantin 20 %-li inyeksiya məhlulunun
isə 2 ildir.
Klozantin inyeksiya məhlulu 2008-ci
ildə ekspertizadan keçirilmiş və Azərbaycan
Respublikasında qeydə alınmışdır.