«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix25.12.2016
ölçüsü61,3 Kb.
#3174
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Maddə 12. Fövqəladə tədbirlər

1.  Razılaşmış  tərəflərin  xüsusi  şəraitlərə  görə  məcburən  tətbiq  edə  biləcəyi

fövqəladə tədbirlər, bu tətbiqin həyata keçməsi üçün şərait yaradan səbəblərə

uyğun  olmalı  və  onların  tətbiqi  bu  səbəblər  aradan  qaldırıldıqdan  sonra

dayandırılmalı və ləğv olunmalıdır.

2.  Razılaşmış  tərəflər,  bu  tədbirlərin  səmərəliliyinə  zərər  dəyməyən  bütün

hallarda, həmin tədbirlər haqqında müvafiq müddəalar nəşr edir.

Maddə 13. Əlavələr

1. Bu Konvensiyaya əlavələr, həmin Konvensiyanın ayrılmaz hissəsidir.

2.  Nəzarətin  digər  növlərinə  aid  yeni  əlavələr,  aşağıda  22—24-cü

maddələrdə  müəyyən  edilən  prosedurlara  uyğun  olaraq  bu  konvensiyaya

daxil edilə bilər.

Maddə 14. Digər müqavilələrə münasibət

Bu  Konvensiya  6-cı  maddənin  müddəalarına  heç bir  ziyan  vurmadan,

özünün  Razılaşmış  tərəflərinin,  bu  Konvensiyanın  Razılaşmış  tərəfi



olmamışdan əvvəl  imzaladıqları  müqavilələrdən  irəli  gələn  hüquq  və

öhdəliklərinə təsir göstərmir.



Maddə 15

Bu  Konvensiya  iki  və  ya  daha  artıq  Razılaşmış  tərəfin  bir-birinə  vermək

istədiyi  daha  geniş  imtiyazların  tətbiqinə  mane  olmur  və  16-cı  maddədə

göstərilən, bu Konvensiyadan irəli gələn imtiyazların həcmini heç bir vəchlə

azaltmamaq  şərtilə,  öz  qanunvericiliyini  daxili  sərhədlərində  nəzarətə  cəlb

etmək  üçün  Razılaşmış  tərəflər  olan,  iqtisadi  inteqrasiya  sahəsində  region

təşkilatlarının hüquqlarını tapdalamır.


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin