Maddə 16. İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma
1. Birləşmiş Millətlər Təşkilatının baş katibinə saxlanmaq üçün təhvil
verilən bu Konvensiya bütün dövlətlərin və danışıqlar aparan, bu
Konvensiyada nəzərdə tutulan məsələlərə aid danışıqlar aparmağa,
beynəlxalq sazişlər bağlamağa və tətbiq etməyə səlahiyyəti olan suveren
dövlətlərdən ibarət, iqtisadi inteqrasiya sahəsində regional təşkilatların
iştirakı üçün açıqdır.
2. 1-ci bənddə göstərilən iqtisadi inteqrasiya sahəsində regional təşkilatların
səlahiyyətinə aid məsələlərdə, onlar bu Konvensiyanın Razılaşmış tərəfi olan
dövlətlər-üzvlər üçün bu Konvensiya ilə nəzərdə tutulan hüquqları və
öhdəlikləri öz adından həyata keçirə bilər. Belə hallarda həmin təşkilatların
dövlətləri-üzvləri müstəqil səsvermə hüququna malikdir.
3. Dövlətlər və yuxarıda göstərilən iqtisadi inteqrasiya sahəsində regional
təşkilatlar bu Konvensiyanın Razılaşmış tərəfi ola bilər:
a) qoşulma haqqında sənədi təhvil vermək yolu ilə və ya
b) qoşulma haqqında sənədi saxlamaq üçün təhvil vermək yolu ilə.
4. Bu Konvensiya bütün dövlətlər və 1-ci bənddə göstərilən iqtisadi
inteqrasiya sahəsində regional təşkilatlar tərəfindən Cenevrədə Birləşmiş
Millətlər Təşkilatının Şöbəsində imzalanmaq üçün 1 aprel 1983-cü ildən 31
mart 1984-cü il, bu tarix də daxil olmaqla, tarixinə qədər açıq qalır.
5. Konvensiya 1 aprel 1984-cü il tarixində qoşulmaq üçün açıq qalacaq.
6. Ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında sənədlər Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün təhvil verilir.
|