120
Meyvə bitkiləri əlavə olaraq gilli və gillicəli torpaqdan 16-24%,
qumlu torpaq-
dan isə 40%-ə qədər nəmlik ehtiyatından udur ki, bu göstəricilərdə günəbaxanın
bütün yarpaqları davamlı olaraq solur.
Şəkil 29. Torpaqda suyu necə qorumalı
Quraqlığa davamlı bitkilər torpaq nəmliyinin olduqca məhdud ehtiyatları
şəraitində becərilmək imkanlarına malikdir. Məsələn,
üzüm kütləvi solma əlamət-
lərini yalnız maksimal hiqroskopikliyə uyğun olan nəmlikdə biruzə verir.
Solma nəmliyi torpağın sıxlığından asılıdır. Torpaq profilinin sıxılması zamanı
su və hava keçirən məsamələrin miqdarı kəskin surətdə azalır ki,
bu da kök
sisteminin inkişafına mane olur. Eyni zamanda xırda
qeyri-fəal,
tərkibi qeyri-
məhsuldar nəmlikdən ibarət və torpaqda 16 atmosferdən artıq təzyiqlə su saxlanılan
məsamələrin miqdarı artır. Bununla əlaqədar olaraq solma nəmliyi yumşaq və sıx
torpaqlarda qeyri-bərabərdir. 1,11-1,44 q/sm
3
sıxlıqla müqayisədə 1,50-1,55 q/sm
3
sıxlıqda solma nəmliyi 28-30% çoxdur.
Solma nəmliyi məhsuldar nəmliyin aşağı sərhəddi kimi xidmət edir.
Onu birbaşa
torpaqda bitkinin solmasına səbəb olan nəmliyi qeydə almaqla təyin edirlər.
Burada
maksimal hiqroskopikliyin qiymətləri də istifadə olunur:
Dostları ilə paylaş: