Tarlada lalənin və mollabaşının çoxluğu buğdanın inkişafına mənfi təsir göstərir.
Əksinə, çovdar özü alaq otlarının inkişafını dayandırır. Mənfi təsirin parlaq nümunəsi
kimi üçyarpaqla qaymaqçiçəklilər fəsiləsinin bütün nümayəndələrinin arasında olan
münasibəti göstərmək olar. Bu fəsiləyə aid bitkilərin köklərində ranunkulin maddəsi
əmələ gəlir ki, onun hətta cüzi konsentrasiyası belə üçyarpağın kökündə yaşayan fır
bakteriyalarına məhvedici təsir göstərir. Ayrıqotu, at əvəliyi və digərləri mədəni
bitkilərə güclü mənfi təsir göstərir.