Tutucu sistemlər elə qurulur ki, su yuxarıdan aşağı, su hövzələrindən, xırda
anbarlardan və enerji generatorlarından ibarət kompleksdən keçsin. Yalnız bundan
sonra onun azad axmasına yol verilir.
Əgər biz buna fikir verməyib, su hövzəsini dərədə quraşdırsaq, yerin cazibə
qüvvəsini istifadə etmək imkanını itirmiş olarıq və suyu nasos vasitəsi ilə geri -
yuxarıya vurmaq məcburiyyətində qalarıq. Əslində, yağmurların miqdarı yox, suyu
ən yaxşı surətdə istifadə etmək üçün quraşdırılmış dövranların miqdarı əhəmiy-
yətlidir. Enerjinin daxil olan və kənarlaşan nöqtələri arasında biz nə qədər çox
səmərəli anbarlar təşkil edə bilsək, dizayner kimi bizim işimiz o qədər də yüksək
qiymətləndirilər.
Hər bir xırda detallar baş plan ilə uyğunlaşdırılmalıdır. Bu işləmələr (detallar)
yaşayış binasına, bağa və yaxud toyuqların saxlanması üçün təyin olunmuş əraziyə
aid ola bilər.