Qoyunların saxlanması. Azərbaycanda qoyunlar oturaq və köçəri üsulla
saxlanılır. Ekoloji qoyunçuluqda köçəri üsul daha səmərəlidir. Qoyunlar bütün il
boyu yabanı otlar sahələrində otarılır. Bunun üçün qoyunlar may ayının 15-dən baş-
layaraq Kiçik Qafqaz dağlarına-yaylaqlara sürülür. Yaylaqda qoyunlar sentyabrın
axırlarınadək zəngin bitkilər olan otlaqlarda otarılır. Payızda isə qoyunlar yenidən
aran zonaya – qışlaqlara qaytarılır. Qışlaqlarda da qoyunlar yabanı otlaqlarda otarılır.
Qış sərt keçərsə, qoyunlara əlavə olaraq hər başa 100-150 qr qüvvəli yem verilir.