Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə27/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   431
Biosenoz 
 
 
 
Ekotop  
 
 Fitosenoz 
  Mikrobio- 
senoz 
 
 Zoosenoz 
Klimatop 
 
Trofotop


 
23
1.3.  Təbiət və cəmiyyət  
 
Təbiət və cəmiyyət münasibətləri sistemində təbiət təyinedici mövqe tutur. 
Bu, ondan irəli gəlir ki:  
•  insanın özünü də təbiət yaratmışdır; 
•  insanın özü də, bəşəriyyət də təbiətin ayrılmaz tərkib hissəsidir; 
•  insan və cəmiyyət də təbiətdən asılıdır - yaşaması və inkişafı üçün bütün 
maddi nemətləri təbiətdən alır; 
•  cəmiyyət təbiətə təsir göstərir, onu dəyişdirir, çirkləndirir və deqradasiyaya 
uğradır; 
•  insan həmişə təbiəti ram etmək mövqeyindən çıxış etmişdir.  
Təbiət ilkin götürülsə  də, bu münasibətləri cəmiyyət idarə edir. İnsan 
cəmiyyəti təbiəti dəyişdirən güclü bir qüvvəyə çevrilmişdir. Təbiətdə baş verən 
bütün xoşagəlməyən (arzuolunmayan) dəyişikliklər insanın qəbul etdiyi qərarların 
«acı» nəticələridir.  
«İnsanı  təbiət yaratmış  və öz sərvətlərini səxavətlə onun istifadəsinə 
vermişdir. 600 min ildən artıqdır ki, müasir insanla təbiət arasındakı münasibət 
müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq 
qoyduqca, bu nisbət müəyyən mənada dəyişir. Başqa sözlə desək, Yer üzərində 
əhalinin sayı artdıqca və insan öz əlində daha mükəmməl texniki vasitələr cəmləş-
dirdikcə  təbiətdən çox mənfəət götürür, müqabilində isə ona az şey verir. İnsan 
təbiəti dəyişdirir, qırır, tökür, dağıdır,  əvəzini qaytarmırsa, demək, bu xeyirə 
dəyişmə əslində onun zərərinədir». 
Təbiət və cəmiyyət münasibətləri çox mürəkkəb xüsusi münasibətlər forma-
sıdır. Cəmiyyətin dağıdıcı fəaliyyətinin optimallaşdırılması, təbii sərvətlərdən isti-
fadənin həcminin təbiətin imkanları ilə üzləşdirilməsi kimi aktual məsələlərin 
həlli, ilk növbədə, təbiət və cəmiyyət münasibətlərinin dəyişdirilməsini tələb edir.  
Hər hansı bir münasibəti dəyişdirmək və ya yenidən qurmaq üçün mütləq 
onun mahiyyətini təyin və təhlil etmək vacibdir. Təbiət-cəmiyyət münasibətlərinin 
mahiyyəti onun əsas müddəalarından irəli gəlir: 
1.  İnsanın həyatı və bütün fəaliyyəti, biz bunu istəsək də, istəməsək də təbiətlə 
bağlıdır. Cəmiyyət qərar qəbul etdikdə dönüb təbiətə baxmalı, onu nəzərə 
almalıdır. 
 
2.  İnsanın fəaliyyətinin ətraf mühitə təsiri zəruridir, qaçılmazdır. İnsandan fərqli 
olaraq, bütün canlılar təbii mühitdən istifadə edir, onların təsiri təbiətdə əsaslı 
dəyişikliyə səbəb olmur. Mütəxəssislərin hesablamalarına görə, əgər antropo-
gen təsir bugünkü səviyyədə davam edərsə, təbiət texnogen təzyiqlərə 30 
ildən artıq tab gətirə bilməz.  
 
3.  Təbiət-cəmiyyət münasibətləri tarixi xarakter daşıyır.  İnsan bir varlıq kimi 
yarandığı gündən təbiətdən istifadə etməyə başlamışdır. Bioloji növ kimi 
insanın (Homo sapiens) təkamülü nəticəsi olan cəmiyyətin yaranması, insa-
nın texniki cəhətdən silahlanması, demoqrafik partlayış, sənaye (industrial) 


 
24
inkişaf mərhələsi bu münasibətlərin xüsusiyyətlərini özündə  əks etdirir. 
Bəşəriyyətin tarixi müəyyən mənada cəmiyyət-təbiət münasibətlərinin 
tarixidir.  
 
4.  Təbiət-cəmiyyət münasibətləri iqtisadi maraqlardan irəli gəlir. Cəmiyyətdə 
məhsuldar qüvvələrin inkişafını  təbiəti iqtisadi maraqlardan irəli gələn 
«istismar» dərəcəsi təyin edir. Cəmiyyətin ictimai əmək fəaliyyətində özünü 
göstərən obyektiv iqtisadi qanunlar təbiətdə mövcud olan qanunauyğunluq-
larla kəsişir. Nəticədə, xüsusi yanaşma tələb edən iqtisadi-ekoloji münasibət-
lər yaranır.  
 
5.  Təbiət vahid bir sistemdir, təbiətdən istifadə isə müxtəlif müəssisə  və 
təşkilatın çərçivəsi daxilində qapanmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin