almaq, qoparmaq» dövrü artıq başa çatıb. Bu gün təbiətdən götürülən hər bir
sərvətin müqabilində ona nə isə qaytarılmalıdır. Təbiətdən istifadənin tərkib
hissəsi kimi çıxış etməlidir:
• təbii ehtiyatların istismarı ilə yanaşı, ətraf mühitin yaxşılaşdırılması;
• təbii ehtiyatlardan səmərəli istifadənin təşkili;
• ehtiyatlara qənaət edən texnologiyaların tətbiqi;
• pozulmuş ekoloji sistemlərin bərpası;
• bərpa olunan ehtiyatların artırılması və çoxaldılması;
• ənənəvi istehsal və təsərrüfat formalarından yeni, mütərəqqi üsullara
keçilməsi və s.