Post-sənaye (ekoloji-informativ) dövrü. XX əsrin II yarısından sonra
biosferdə yaranmış real vəziyyət ekoloji inqilaba səbəb oldu. Artıq insan dərk etdi
ki, kainatda Yer kürəsi bizim yeganə və ümumi evimizdir, biosferin məhv olması
isə sivilizasiyanın sonu deməkdir. İnsanın özündən başqa, onun köməyinə çatacaq
və problemlərini həll edə biləcək ikinci canlı yoxdur.
Təbiət-cəmiyyət münasibətləri çərçivəsində insan mütləq təbiətdə mövcud
olan obyektiv qanunları nəzərə alıb, fəaliyyət göstərməlidir. «Hər şeyi təbiətdən