112
dərkedilməzdir. Necə ola bilər ki, insan öz malını
verməklə yanaşı onun malı artsın?
Cavab:
Əvvəla: Bizim şüurumuz bir çox şeyləri dərk edə
bilmir.
1
Əgər Allah tükənməz qüdrəti ilə hər hansı bir
şeyi iradə edərsə, o qeyri-mümkün olmayacaqdır. Necə
ki, o xüms və zəkat verən şəxsin malının artmasını
istəmiş və iradə etmişdir.
İkincisi: Müəyyən bir şeyin bir tərəfdən azalaraq digər
tərəfdən çoxalmasının nümunələrini yaşadığımız təbiət
aləmində də tapmaq olar. Misal olaraq, bağban ağacın
artıqlarını budadıqda, ilk baxışda ağacdan nəsə azalır,
halbuki o ağac daha da mahsuldar olur.
Dostları ilə paylaş: