İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Yeni doğulan uşaqlarda sünnət



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə99/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   95   96   97   98   99   100   101   102   ...   190
Yeni doğulan uşaqlarda sünnət 
Müstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci 
günü  sünnət  etsinlər.  Elmi  baxımdan  bu  əməlin  bir  çox 
faydasını aşağıda gətiririk. 
Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək, 
sidik  sisteminin  iltihabının  qarşısını  alır.  Uşaqların  sidik 
kanalındakı  mikrob,  başqa  təhlükəli  xəstəliklərlə 
nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək toxumalarının 
məhv  olmasına  səbəb  olar  və  sonda  böyrəyi  inkişafdan 
saxlayar.  Şübhəsiz  siz  də  avropalıların  və  amerkalıların 
                                                 
1
 
"
Daneşmən

jurnalı 509-cu sayı, 1384-cü il (h.ş). 
2
 İlk universitet və Son peyğəmbər,c.16, səh.161. 
3
 İslam baxımından ailə gigiyeniyası, səh.139-dan 142-ə kimi. 


 
109 
yerində  olsaydınız  və  sizə:  “Tədqiqatlar  yaşı  üç  ayadək 
olan  oğlan  uşaqlarının  75%-nin  sidik  sistemində  iltihab 
olduğunu  göstərir  və  bunların  95%-i  sünnət  olunmayan 
uşaqlardır”-  deyilsəydi,  öz  yeni  doğulmuş  oğlan 
uşaqlarınızı  sünnət  etdirmək  qərarına  gələrsiniz. 
Müqayisə  etmək  istəsək,  deməliyik  ki,  yeni  doğulmuş 
oğlan 
uşağı 
sünnət 
edilməyibsə 
bir 
yaşınadək 
sidikliyində iltihabın olma imkanı 10 qat artır. 
Şəhid  Behişti  adına  Tibb  Universitetinin  müəllim, 
cərrah, və uroloqu Simforuş həkim bu barədə belə deyir: 
"Sünnət  edilməyən  və  sidik  kanalında  iltihaba  düçar 
olmuş  oğlan  uşağına  ən  yaxşı  kömək  onu  sünnət 
etməkdir". 
Qeyd etmək lazımdır ki, doğumdan sonra ilk 24 saatı 
bu  işi  görmək  olmaz.  Bu  da  ona  görədir  ki,  sünnət 
etməyə  mane  ola  biləcək  xəstəliklərin  uşaqda  olub-
olmamasını ayird etmək olsun. 
İslam  göstərişlərinin  incəliyinə  və  dəqiqliyinə  bir  az 
artıq  diqqət  etməyin  yeridir.  Çünki,  bu  əməlin  uşağın 
doğum  günündən  bir  neçə  gün  sonra  yerinə  yetirilməsi 
buyrulur,  hətta  daha  dəqiq  olaraq  bir  həftə  sonra 
olunması  buyurulur  (müstəhəb  bir  əməldir).  Digər 
tərəfdənsə  qeyd  edilmiş  faydalara  görə  südəmər 
uşaqların sünnət olunmasını tövsiyə edir.    
Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar olmuş 
uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik 
sistemi pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu 
anadangəlmə 
pozuntuların 
ən 
mühümü 
"haypuspadyazus"dir  ki,  cinsi  orqanın  altında  sidik 


 
110 
kanalında  dəlik  olur  və  bu  dəliyin  bərpası  üçün  sünnət 
olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə 
körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.
1
 
Südəmər  uşaqları  sünnət  edərkən,  yarada  iltihab, 
şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq 
və  cinsi  orqanı  yaralamaq  kimi  təhlükələr  olur  ki,  bu 
zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət 
etməklə yaranan hadisənin qarşısını almaq olar. 
XÜMS VƏ ZƏKAT 
İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, 
ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır. 
İnsanın  cismani  sağlamlığı  üçün  faydalı  olan  bu  əməl 
barəsində xülasə olaraq işarə edirik. 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin