Orucun əleyhinə kitablar Bəzi təbiblər orucun heç bir elmi əsası olmadığını
bildirirlər. Çox məşhur bir cümlədə deyilir ki, "bir şeyin
mümkün olmasının ən yaxşı dəlili onun baş verməsidir"
əgər biz "Oruc sağlamlığın səbəbidir" – deyiriksə,
dəlilimiz bunun çox nümunəsidir. Əvvəla: orucla
müalicədə itirilmiş sağlamlıqlarını geri qaytarıblar.
Ikincisi: On illərlə oruc tutan bir çox insanlar oruc
tutmayan çox insanlardan sağlamdırlar.
Amerikalı həkimlərdən biri olan doktor Şeltunun
Amerikada orucla çox uğurlu müalicəetmə müəssisəsi
var. O deyir: Oruc əleyhinə yazılmış kitabların əksər
müəllifləri o şəxslərdirlər ki, ömrü boyu hətta bir dəfə də
olsa yeməklərini ötürməyiblər. Oruc tutmağın insanın
sağlamlığında və onun qorunmasında böyük rolu
vardır.
2