117
etmək və səhər oruca başlayan zaman su içməklə
kifayətlənmək (səhər yalnız su içməklə oruc tutmaq) hər
tərəfli faydalı müalicədir.
3- Yüksək qan təzyiqi. Bu xəstəlik əyyaşlıq və cismi
reaksiyalar zamanı artmağa doğru gedir. Bu zaman oruc
öz müalicəvi rolunu ifa edir. Xüsusilə də insanın çəkisi
təbii halından çox olarsa.
4- Şəkər xəstəliyi (Diabet). Bu xəstəlik də qan təzyiqi
kimi artmağa doğru gedir. Xəstəlik başlamazdan əvvəl
və yenicə özünü büruzə verən zaman əksər hallarda
bədənin çəkisi ağır olur. Bu zaman yenə oruc faydalı
müalicə hesab olunur. Çünki şəkər xəstəliyi kökəlməyin
qarşısını almaqla azalır. Şəkər xəstəliyi yüngül olarsa
yeməkdən 5 saat sonra qanda şəkərin vəziyyəti öz təbii
miqdarından aşağı enər və on saatdan sonra minimum
təbii səbiyyəyə enər.
Hətta xəstə unsilin iynəsi başlayıbsa (xüsusilə də
xəstənin çəkisi öz təbii həddini aşarsa) ən üstün müalicə
yolu oruc hesab olunur.
5- Böyrəkdə şiddətli iltihab və xroniki hal olarsa.
6- İltihablı ürək xəstəliklərindən.
7- Oynaqların xroniki iltihabı, xüsusilə kökəlmə
xəstəliyilə bir olarsa. Belə ki, əksər qadınlar 40 yaşından
sonra bu xəstəliyə tutulurlar. Bu xəstəlik haqqında
aparılan təcrübələr göstərir ki, mübarək Ramazan ayında
tutulan orucun təsiri müasir tibbi aparatlardan istifadə,
xəstədən qan alma və s. müalicə üsullarından dəfələrlə
çoxdur. Bəlkə də yuxarıda adı
çəkilən və orucun şübhəsiz
müalicə hesab edildiyi xəstəliklər barəsində deyə bilərlər
118
ki, belə halda həkimin göstərişinə ehtiyac var. İslamda isə
oruc sağlam insanların vəzifəsidir.
Deməliyik ki, bu deyilənlər düzdür. Orucun sağlam
insanlar üçün faydası elə bu xəstəliklərin qarşısını
almağa görədir. Xüsusilə də 1-2-3-4 və 7-ci bənddə
deyilən xəstələr üçün.
Digər tərəfdənsə bütün bu xəstəliklər insanda tədricən
özünü büruzə verir. Belə ki, bu xəstəliklər başlayarkən
onun düzgün diaqnozunu vermək olmur. Yəni, nə xəstə
və nə həkim, xəstəlik ilk dəfə özünü büruzə verdiyi
zaman onu tanıya bilmirlər.
Çünki, tibb hələ o qədər inkişaf etməyib ki, xəstəliyin
bütün səbəblərini tanısın. Amma tibb baxımından bu
xəstəliyin qarşısını almaq üçün oruc tutmaq zəruridir,
hətta hər bir xəstəliyin aşkar olmasından qabaq.
Aydındır ki, hər şeydən öncə gigiyenaya riayət etmək
lazımdır.
Statistikanın verdiyi dəqiq
məlumata əsasən məlum olub
ki, bədəndə piylənmə və kökəlmə artarsa,
şəkər xəstəliyi
qan təzyiqi, oynaqların xroniki iltihabı bə s.
xəstəliklərin
baş qaldırmasına şərait yaranır.
Digər tərəfdənsə bədənin
çəkisi nə qədər azalarsa, bir o qədər də bu xəstəliklərin
baş qaldırma imkanı azalar.
1
Dostları ilə paylaş: