B) Məssi-meyyit və meyyit quslu Müqəddəs İslam dininin buyurduğu vacib işlərdən
biri də budur ki, əgər insan hələ quslu verilməyən
meyyitin soyumuş bədəninə toxunarsa özünə qusl
verməsi vacibdir. Bu vacib əməlin tibbi faydalarından
biri də budur ki, adətən insanlar xəstəlik üzündən
dünyalarını dəyişirlər. Xəstə insanın dərisində isə bir çox
xəstəlik yaradan mikrobları olur. Habelə insan sağ
olarkən dəri üzərində fəal olmayan bəzi mikroblar insan
öldükdən sonra güclənərək artırlar. Bu zaman dərinin
səthi, infeksiyalı xəstəliklərinin artma və yayılma
mərkəzinə çevrilir. Bu mikroblar insana keçərsə məssi-
meyyit quslu verməklə aradan gedir. Meyyit quslu
verməklə də ölünün dərisində bu mikroblar yox olur ya
da azalır, bəlkə də buna görədir ki, meyyit quslu
verdikdən sonra insan əlini ölüyə vurarsa daha özünün
məssi-meyyit quslu verməsi lazım deyil.